Uşaqlarda diş, çənə və üzün inkişafını pozan - 5 PİS VƏRDİŞ

Uşaqlarda diş, çənə və üzün inkişafını pozan - 5 PİS VƏRDİŞUşaq inkişaf etdikcə valideynlər nələrə diqqət etməlidir?

usaqlarda-dis-cene-ve-uzun-inkisafini-pozan-5-pis-verdis

Dişlərimiz və gülüşümüz sağlamlıq və gözəlliyimizin ayrılmaq hissəsidir. Aparılan araşdırmalar gözəl gülümsəmənin həm xoşbəxtliyi, həm də özgüvəni artırdığını bildirir. Bəs uşaqların diş və üzünün inkişafı nələrdən asılıdır? Uşaq inkişaf etdikcə valideynlər nələrə diqqət etməlidir?

Gözəlliyin ailəmizdən gələn genetik xüsusiyyətlərlə formalaşdığını bilirik. Lakin bəzi vərdişlərə uşaq yaşda diqqət edilmədikdə üzün inkişafına mənfi təsir edir, həm dişin, həm də çənənin inkişafını pozaraq arzuolunmaz problemlərə yol açır.

TurpKimi.com xəbər verir ki, məsələ ilə bağlı ortodontiya üzrə mütəxəssis Dr.Aylin Sezen Yalçın vacib məqamları açıqlayıb:

1 – Tənəffüs yollarındakı problemlərin üzün inkişafına təsiri

Sağlam fərdlərdə nəfəs burun vasitəsiylə alınır. Burun yollarını tıxayan hər hansı vasitə varsa, qəbul edilən oksigenin miqdarı kifayət etmir. Bu zaman avtomatik olaraq ağızla nəfəs almaq aktivləşir. Uşaq çağlarından, xüsusilə də 3-6 yaş arasında başlayan bu hal gözardı edilməməlidir.

Ağızdan nəfəs almanın göstəriciləri gecə ağzı açıq şəkildə yatmaq və xoruldamaqdır. Adətən yastıq ağızdan axan tüpürcəklə islanır. Odur ki, tənəffüs problemi olan uşaqlar mütləq qulaq-burun-boğaz həkiminə aparılmalı və problem araşdırılmalıdır.

Problemin qarşısı alınmadıqda ağızdan nəfəs alan uşaqların dili ağız döşəməsinin altında yerləşir və alt çənə geriyə doğru böyüyür. Yanaqlarda sıxılma artır, çənə və dişlərin inkişafında rol oynayan dil, dodaq və yanağın tarazlığı tamamilə dəyişir. Uşaq böyüdükcə çənənin hündürlüyü artır və bir müddətdən sonra dodaqlarını rahat bağlamaqda çətinlik çəkməyə başlayır. Dişlərin arasında boşluq və yuxarı çənədə sıxlıq olur.

2 – Udqunmaq üsulu vacibdir

Sağlam udqunanda dilin ucu üst damağın ön hissəsinin dərin nöqtəsinə söykənir. Üz və dişlərin sağlamlığını pozan udqunma zamanı isə dil dişlərin arasına girər və daima ön dişlərə söykənər. Bu vərdiş zamanı dişlər arasında boşluq, üst çənədə sıxlıq, nitq və səsdə problemlər meydana gəlir.

3 – Barmaq əmmək düşündüyünüzdən daha təhlükəlidir

Körpələrin 0-12 aylar arasında ehtiyac duyduqları və ana-ataların köməyinə gələn yalançı əmzik vərdişi, bəzən yerini barmaq əmmək vərdişiylə əvəzləyir. Barmaq əmmək uzun illər davam edə biər və bütün üzün inkişafına mənfi təsir göstərir.

Uşaqların barmağını əmməsini məsum hal kimi dəyərləndirməyin. Çünki tərk etmək ən çətin vərdişlərdən biridir. 3 yaşından yuxarı uşaq hələ də barmaqlarını əmirsə, ortodontist və ya psixoloqun dəstəyindən faydalanmağı məsləhət görürük.

4 – Dik durmağı öyrətmək

Düzgün və sağlam duruş bütün bədənin inkişafı üçün vacib amildir. Kürək və bel əzələlərini inkişaf etdirərək dik durmağı öyrənmək, bütün baş və boynun duruşunu tarazladığı üçün böyüməkdə olan fərdlərdə çənə, üz bölgəsindəki deformasiyaların və asimmetriyaların qarşısını alır. Daha sağlam və fit görünüşlə təmin ediləcəkdir.

5 – Yalançı əmzik, qələmi dişləmək, birtərəfli çeynəmək kimi vərdişlərə diqqət!

Uşaq yalançı əmzik vərdişini ən geci 4 yaşına çatmadan tərgitməlidir. Daha uzun müddət qaldıqda dişlərdə qalıcı pozulmalara səbəb olur.

Qələmi dişləmək, davamlı ağıza nəsə soxaraq əmmək və dişləmək, birtərəfli çeynəmək kimi pis və tez-tez təkrarlanan vərdişlər tez bir zamanda tərk edilməlidir.

Ailə və Uşaq     Baxılıb: 2423   Tarix: 11 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

turlar.az

kosmetik vasiteler hamilelikde qidalanma qadın geyimi sizanaga qarsi maskalar yarpizin faydalari seksin növləri kökəlməyin yolları kosmetika qiz evi suni mayalanma vətən həsrəti qogal haxışda