Uşaqlarda inkişaf ləngiməsi artıb - SƏBƏBLƏRİ

Uşaqlarda inkişaf ləngiməsi artıb - SƏBƏBLƏRİSon dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlər artıb.
Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Flora Alcanova deyib.
Həkimin sözlərinə görə, ilkin müayinələr zamanı aşağıdakı çatışmazlıqları vaxtında aşkarlamaq mümkündür: "Uşaqlarda fiziki inkişafın ləngiməsinin müxtəlif səbəbləri var. Bunlardan uşaqlarda olan hər hansı xroniki xəstəliklər, onların qeyri-rasional (bitərəfli) qidalanması, orqanizmdə qurd invaziyaları, fiziki hərəkətsizlik (hipodinamiya), psixoloji travmalar, boy hormonu defisiti, irsiyyət və. səbəbləri göstərmək olar".
Həkim-endokrinoloq bildirib ki, ilkin səhiyyə xidməti müəssisələrinə müraciət zamanı uşaqların boyu ölçülür, persentil cədvəllərinə (uşaqların böyümə cədvəlləri) əsasən, ehtiyac yaranarsa boy hormonu analizi verilir və bir sıra vacib tədbirlər görülür:
"STH – boy hormonudur. Uşaqlarda boy hormonu bədəndə hipofiz vəzində ifraz olunur. Bundan əlavə, insulinəbənzər boy faktoru isə qaraciyərdə ifraz olunur. Biz analara başa salırıq ki, belə hallarda laborator analizlərdən keçsinlər, insulinəbənzər faktor 1 yoxlanılır və əsas sümüklərin (sol mil bilək sümüyünün) rentgenoqrafiyası aparılır, bununla da pasport yaşı ilə sümük yaşı analiz olunur".
Həkim-endokrinoloqun sözlərinə görə, boya təsir edən faktorlar çoxdur:
"Uşaqlarda fiziki inkişafın ləngiməsini araşdırmaq üçün tireotrop hormonu da yoxlanılır. Bundan başqa, sümüklərdə defisitlər, genetik defektlər də təsir edən amillər sırasına daxildir, bazu sümüklərində xondrodisplaziya (anadangəlmə sümük sisteminin xəstəliyidir, genetikdir, boy hormonundan asılı deyil) ola bilər.
Həmçinin, böyrəküstü vəzin disfunksiyaları da boya təsir göstərə bilər. Belə ki, erkən cinsi inkişaf dövründə boyartımı əvvəl normal gedir, amma pubertat (yetişkənlik zamanı) dövründə isə somatotrop hormonu az olduğuna görə, sümüklər tez bağlanır və nəticədə bu uşaqların boyuna mənfi təsir göstərir".
Bundan başqa kuşinq sindromu, mədə-bağırsaq xəstəlikləri (kron xəstəliyi - qida qəbulunda fermentlər çatışmır, qida yaxşı sovrulmur), sümük sınıqları, genetik xəstəliklər, ata-ananın bəstəboyluğu da boya təsir edən amillər sırasındadır.
Mütəxəssis onu da vurğulayıb ki, AR Milli Məclisi tərəfindən qəbul edilmiş qərara əsasən, uşaqlar boy hormonu ilə pulsuz təmin olunurlar. Bunun üçün onlar müayinə üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzinə göndərilir, orda müvafiq yoxlanışlardan sonra uşaqlara norditropin təyin olunur.
Həkim-endokrinoloqun sözlərinə görə, norditropin bir qədər bahalı preparat olması səbəbindən valideynlər onu almaqda çətinlik çəkir. Buna görə də preparatın dövlət tərəfindən pulsuz təmin olunması uşaqların inkişafı üçün böyük stimuldur.
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 2164   Tarix: 06 iyun 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

turlar.az

qadin dunyasi geyim dəbləri hamilelikde qidalanma vannalar yaz yay 2026 mantılar quru yeməklər kosmetika paxlava vətən haqqında atalar sözləri intim qızlıq pərdəsi həmidə