Uşaqlarda məktəbdən öncə göz müayinəsi vacibdirmi?

Uşaqlarda məktəbdən öncə göz müayinəsi vacibdirmi?Uşaqlar arasında daha çox miopiya, hipermetropiya, astiqmatizm kimi eynək tələb edən patalogiyalara, göz tənbəlliyi, gizli çəplik, anadangəlmə patologiyalara rast gəlinir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-oftalmoloq, Mərkəzi Gömrük Hospitalının əməkdaşı Ülfət Cəfərova deyib.
"Məktəbdən öncə göz müayinəsi niyə vacibdir?" sualına cavab olaraq həkim bildirib ki, uşaqlarda rast gəlinən göz xəstəlikləri vaxtında aşkarlandıqda müalicəsi də effektiv olur. Müayinə zamanı nə uşağın, nə də valideynin bilmədiyi, xəbərdar olmadığı patologiyalar ortaya çıxa bilər: "Vaxtında aşkarlanmış refraksiya dəyişiklikləri eynəklə korreksiya olunmaqla, gözləri yüksək görmə ilə təmin edir və göz tənbəlliyinin qarşısı alınmış olur. Həmçinin, uşaqlıqda aşkarlanmış bəzi çəplik növləri əməliyyatsız uğurla müalicə olunur. Bəzən yaşıdlarından dərsdə geri qalan və ya yazı xəttində səliqəsizlik, əyriliklər olan uşaqların görməsi yoxlanılmalıdır. Belə ki, miopiya adlı refraksiya dəyişikliyi əsasən məktəb illərində yaranır.
Miopiya xəstəliyinin qarşısının vaxtında alınması üçün mütəmadi olaraq müayinə edilməsi vacibdir. Distant formatda keçirilən tədris zamanı uşaqların gözünə daha çox yük düşür. Bunun üçün dərs saatları arasında fasilələr verilməli, uşağın otağı keyfiyyətli işıqlandırılmalı, monitordan aralılıq məsafəsi qorunmalı, yüngül idman hərəkətləri öyrədilməli və göz gimnastikası izah edilməlidir. Məktəblilər dərsdən sonra yaşıllıqda gəzməli və açıq havada çox vaxt keçirməlidirlər. Qida rasionunda qırmızı və sarı çalarlı meyvə-tərəvəzlərə, balıq, süd məhsullarına üstünlük verməlidirlər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1439   Tarix: 21 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

yay kolleksiyasi gözəllik məhsulları hamilelikde qidalanma balqabaq tumu xiyar tursusunun hazirlanmasi qaydasi uz derisine qulluq maskalari küftələr kosmetika sağlıq badambura masqalar efsane vətənə aid atalar sözləri