Uşaqlarda ölümlə nəticələnə biləcək gizli əlamət barədə xəbərdarlıq edildi

Uşaqlarda ölümlə nəticələnə biləcək gizli əlamət barədə xəbərdarlıq edildiAvstraliyalı təcili yardım həkimi Nikki Yurkutz bir pasiyentinin hekayəsini bölüşərək gizli əlamətlərin uşaqlar üçün necə ölümlə nəticələnə biləcəyi haqqında danışıb.

Onun danışdıqlarını "The Sun" paylaşıb.

Bildirilir ki, onun yanına zooparka gedərkən yıxılan və qolunu zədələyən uşaq gətirilib. Ananın sözlərinə görə, onun özü əvvəlcə yaranı yuyub və bunun sadəcə sıyrıq olduğunu düşünüb. Az sonra qadının diqqətini uşağın qolundakı qırmızı zolaqlar çəkib.

Uşağın vəziyyətində başqa narahatlığa səbəb olan heç nə görünməsə də ana onu həkimə aparmaq qərarına gəlib.

Xəstəxanada analizlər zamanı isə uşağın qanının zəhərləndiyi ortaya çıxıb.

Uşağa dərhal tibbi müdaxilə edilib, antibiotiklər yazılıb. O, tezliklə sağalıb.

Həkim, bu haqda danışmaqla, valideynlərə mesaj ötürmək niyyətinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, uşağın qolunda görünən zolaq limfangitdir. Bu, limfa damarlarının iltihablanma prosesidir (yəni infeksiyanın limfa sisteminə daxil olması deməkdir). İnfeksiya qana keçərsə, sepsis başlayır. Müalicənin müvəffəqiyyəti, xəstənin həkimə nə qədər tez müraciət etməsindən və lazımi dərmanları almağa başlamasından asılıdır.

Qeyd edək ki, sepsis insanı öldürən xəstəliklər sırasında ilk pillələrdə dayanır. Qan zəhərlənməsi olaraq tanınan sepsis saatda 50-yə yaxın insanın həyatına son qoyur (il ərzində təqribən 20 milyon). Bu göstərici ilə o, ölüm səbəbi sıralaması siyahısında hətta prostat, QİÇS, döş xərçəngi kimi qorxulu xəstəliklərdən də öndə dayanır.

Ailə və Uşaq     Baxılıb: 1912   Tarix: 24 avqust 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

turlar.az

qadin dunyasi geyim dəbləri hamilelikde qidalanma yay donları 2026 aksesuarlar salatlar cinsi sağlamlıq kosmetika veten haqqinda atalar sozu usaq geyimleri yemekler pomidor ariqlamaq