Uşaqlarda pnevmoniyanın səbəbləri

Uşaqlarda pnevmoniyanın səbəbləriPnevmoniya - ağciyərlərin iltihabi xəstəliyidir. Uşaqlar arasında pnevmoniyaya kifayət qədər tez-tez təsadüf edilir. Bu xəstəlik ağırlaşaraq bir çox fəsadlarla, hətta uşağın ölümü ilə də nəticələnə bilər. Bir çox hallarda pnevmoniya xəstəxana şəraitində müalicə olunur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, uşaqlarda anemiyalar, raxit, immunitetin zəif olması, xroniki tonzillit, pis qidalanma və s. kimi mənfi hallar pnevmoniyanın inkişafına şərait yarada bilər.
Pnevmoniya zamanı hərarətin uzunmüddətli (3 gündən artıq) qalxması müşahidə olunur. Qalxmış hərarəti heç bir qızdırma əleyhinə preparatlarla salmaq mümkün olmur.
Bununla yanaşı, xəstədə təngnəfəslik, ağız ətrafında sianoz (göyərmə), halsızlıq, süstlük, iştahanın kəskin surətdə azalması, nəfəsalma zamanı döş qəfəsində ağrılar, get-gedə artan öskürək də əmələ gəlir. İfraz olunan açıq rəngli bəlğəm sonradan selikli-irinli şəkil alır.
Bu simptomlar əmələ gələn kimi təcili olaraq həkimə müraciət etmək lazımdır. Tənəffüs çatışmazlığı əlamətləri başladığı halda isə gecikdirmədən təcili yardım çağırmaq tələb olunur.
Xəstəliyin gedişatı ağır olaraq qalmaqda davam edərsə, uşağı xəstəxanaya yerləşdirmək lazımdır. Vəziyyəti çox da ağır olmayan uşaqları isə evdə, həkim nəzarəti altında müalicə etmək olar. Xəstəliyin ilk günlərində uşaq yataq rejimində olmalıdır. Uşağın yataq otağı hər gün silinməli, havası tez-tez dəyişilməlidir. Uşağın yeməyi ilıq və yüngül olmalıdır. Onu zorla yedizdirməyin! İntoksikasiyanın qarşısını almaq üçün ona düzgün şəkildə maye verilməlidir. Ona çəkisindən asılı olaraq gündə 1-2 litrə qədər limonlu çay, su, quru meyvələrin dəmləmələri içizdirilməlidir.
Müalicə kompleks şəklində aparılır (antibiotiklər, virusəleyhinə, iltihabəleyhinə, bəlğəmgətirici preparatlar, inhalyasiyalar və s.). Müalicə fərdi şəkildə pnevmoniyaya səbəb olan törədicidən (mikrob, virus, göbələk) asılı olaraq seçilir. Müalicə zamanı fizioterapiya (maqnototerapiya, elektroforez, döş qəfəsi massajı, xüsusi tənəffüs gimnastikası) böyük rol oynayır.
Pnevmoniyanı heç bir xalq təbabəti üsulları ilə müalicə etmək mümkün deyil! Bu yalnız xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq!
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1042   Tarix: 09 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

hamiləlik qadin dunyasi kosmetoloq dərmanlar idmandan sonra ne yemek lazimdi gün vurmanın əlamətləri lasyon hazirlanmasi kosmetika hesaplama saglam qidalanma novruz bayramına aid hakışta novruz hakista sac modelleri