Uşaqlarda qulaq ağrısı nədən yaranır? - CAVAB

Uşaqlarda qulaq ağrısı nədən yaranır? - CAVABQulaq ağrıları pediatriyada tez-tez rast gəlinən bir problemdir. Əsasən yeni doğulmuş körpə uşaqlarda müşahidə edilən qulaq ağrılarınınn səbəbini çox zaman soyuq dəymə ilə əlaqələndirirlər.
Maraqlıdır bəs, uşaqlarda qulaq ağrısının yaranma səbəblərinə nələr daxildir?
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov danışıb. 
Onun sözlərinə görə, bu ağrılar həm travmalar, həm otitlər, həm gigiyenik qaydalara düzgün əməl olunmaması, qulaqda yad cisimlər və s. ilə əlaqədar ola bilər:
"Məsələn, uşağın qulağına xırda əşyaların salması və ya valideynlərin qulağı düzgün təmizləməməsi xarici qulaq keçəcəyinə travmalar törədə bilər. Xarici qulaq keçəcəyində yad cisim və ya "qulaq kirinin" keçəcəyi tutması nəticəsində daxili qulaq və xarici mühit arasında təzyiqlər fərqinin yaranması təbil pərdəsinin gərginləşməsinə və ağrının yaranmasına səbəb ola bilər. Bundan başqa, həm xarici qulaq keçəcəyində (karbunkul, furunkul və s), həm orta qulaqda olan iltihabi proseslər (orta otit), ağrının yaranmasına səbəb ola bilər.
Uşaqlarda yuxarı tənəffüs yollarının infeksion-iltihabı xəstəlikləri (qrip və qripəbənzər hallar) zamanı qulaq ağrıları daha çox müşahidə edilir. Bu, uşaqlarda burun-boğazın anatomik quruluşu ilə əlaqədardır. Daxili qulağı burun-udlaqla birləşdirən yevstax borusu uşaqlarda üfüqi, geniş, qısa, böyüklərdə isə bir qədər şaquli, dar, uzun olur. Buna görə də burun-udlaqdan infeksiyanın orta qulağa keçib orta otit yaratma ehtimalı uşaqlarda daha çox olur. Bundan başqa burun-udlaqda olan iltihabi proses zamanı yevstax borusu ödəmlə əlaqədar tutula bilər və nəticədə həm qulaq ağrısı, həm effuzion otit (orta qulağa maye yığılması) yarana bilər.
Orta otitlər vaxtında müalicə olunmadıqda meningit, təbil pərdəsinin deşilməsi və digər eşitmə pozğunluqlarına, daxili qulağın iltihabına - labirintitə (qusma, ürəkbulanma, başhərlənmə, karlıq və s. ilə səciyyələnir), mastoiditlərə, beyin abseslərinə, sepsisə gətirib çıxara bilər. Nəzərə alsaq ki, uşaqların böyüməsində, inkişafında eşitmənin rolu böyükdür, bu problemlər nəticədə nitqin inkişafına və intellektin formalaşmasına da mənfi təsir göstərə bilər.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1739   Tarix: 28 fevral 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geymler 2026 gözəllik məhsulları qadin dunyasi badimcan murebbesi cinsi zəiflik hamiləlikdən sonra yuxa tortu kosmetika bayatilar novruza aid hakistalar efsaneler zəhmət opusme