Uşaqlarımız niyə yatmır? - Səbəblər AÇIQLANDI

Uşaqlarımız niyə yatmır? - Səbəblər AÇIQLANDIUşaqların sağlam inkişafı üçün yuxu vacib amillərdən biridir. Yuxu zamanı bədə və beyin dincəlir, immun sistemi güclənir və yaddaş möhkəmlənir. Lakin bir çox valideynlər uşaqlarının yuxuya getməkdə çətinlik çəkdiyini, gecə tez-tez oyandığını və ya səhərlər yorğun olduğunu müşahidə edirlər. Bu tip yuxu problemləri uşaqların fiziki və psixoloji sağlamlığına mənfi təsir edə bilər.
Uşaqlarda yuxu problemləri müxtəlif formalarda özünü göstərə bilər: bəziləri uzun müddət yuxuya gedə bilmir, digərləri tez-tez oyanır və ya gecə kabuslar görür. Bəzi uşaqlar isə erkən yaşda yuxu zamanı qorxu kimi problemlər yaşayır. Bu hallar uşağın gündüz yorğun və əsəbi olmasına, diqqət və yaddaş problemlərinə, məktəbdə zəif nəticələr göstərməsinə səbəb ola bilər. Uzunmüddətli yuxu problemi isə immun sisteminin zəifləməsinə, böyümə hormonunun düzgün ifraz olunmamasına və hətta piylənmə riskinin artmasına gətirib çıxara bilər.
Modern.az-a danışan uşaq psixoloqu Zeynəb Əyyubovanın sözlərinə görə, uşaqlarda yuxu problemi bir çox amillərlə əlaqədar ola bilər:
1.Psixoloji amillər: Stress, narahatlıq, qorxular, ailədaxili münaqişələr və ya məktəb problemləri uşaqlarda yuxusuzluğa və ya yuxu keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Xüsusilə gecə kabusları və ya qorxulu yuxular uşaqların rahat yuxu almasına mane ola bilər.
2.Fiziki amillər: Sağlamlıq problemləri, allergiyalar, həddindən artıq aktivlik və ya balanssız qidalanma da yuxu problemlərinə səbəb ola bilər. Məsələn, şəkərli və kofeinli qidalar uşağın yuxu ritmini poza bilər.
3.Ətraf mühit amilləri: Uşağın yatdığı mühitin rahat olmaması (səs-küy, çox işıq, yüksək temperatur) və ya telefon, planşet, televiziya həddindən artıq istifadə yuxu problemlərinə səbəb ola bilər".
Psixoloq bildiirb ki, valideynlər daimi yuxu rejimi yaratmalıdır:
"Uşaqların müəyyən bir saatda yatması və eyni saatda oyanması vacibdir. Daimi rejim uşağın bədən saatını nizamlayır.Uşağın yatdığı otaq qaranlıq, sakit və rahat temperaturda olmalıdır. Yatmazdan ən azı bir saat əvvəl uşaqları ekranlardan uzaqlaşdırmaq lazımdır. Gündəlik fiziki fəaliyyət uşağın yorulmasını və daha yaxşı yatmasını təmin edə bilər. Yatmazdan əvvəl ağır və şəkərli qidalar verməkdən çəkinin. Əgər uşaq qorxular və ya narahatlıqlarla üzləşirsə, onu dinləyin və dəstək verin. Lazım gələrsə, mütəxəssisə müraciət edin".
Milli.Az

Xəbərlər     Baxılıb: 1369   Tarix: 09 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

toy gecesi hamilelikde qidalanma gozel gorunmek şəkillər baş gicəllənməsi yagli saclar ucun meslehetler hamilelik kosmetika opusme arıqla veten seirleri vetene aid bayati sac modelleri