Uşaqların inkişafını ləngidən 5 QİDA
Bəzi qidalar uşaqların beyin inkişafına mənfi təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, araşdırmalar göstərir ki, xüsusilə aşağıdakı məhsulların tez-tez və həddindən artıq istehlakı uşaqlarda zəka inkişafının gecikməsinə səbəb ola bilər:
Körpə peçenyeləri - yüksək şəkər və qatqı maddələri tərkibli bu peçenyelər qida dəyəri az olduğu üçün beyin inkişafını zəiflədə bilər.
"Nugget" - dərin yağda qızardılmış və konservantlarla zəngin bu məhsullar uşağın yaddaş və diqqət funksiyasına mənfi təsir edə bilər.
"Noodle" - sürətli hazırlanması ilə məşhur olsa da, yüksək natrium və konservant tərkibi ilə beyin hüceyrələrinin inkişafını gecikdirə bilər.
Kola - qazlı içkilərdəki şəkər və kofein uşaqlarda hiperaktivlik yarada və beyin funksiyalarını zəiflədə bilər.
Cips - yüksək duz və trans yağ tərkibi ilə uşaqlarda konsentrasiya və yaddaş problemlərinə səbəb ola bilər.
Fidan
Milli.Az









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin