Uşaqlarının başqasından olduğunu 15 il sonra öyrəndi
45 yaşlı kişi illərlə öz övladı bilib böyütdüyü 3 qızının əslində doğma övladı olmadığını öyrənib.
Milli.Az bakupost-a istinadən xəbər verir ki, Çinin Çzyansi əyalətinin sakini Çen 16 illik arvadını bu səbəbdən boşayıb.
Belə ki, ailəsini dolandırmaq üçün kişi ayrı şəhərdə işləyirdi və evinə ayda bir iki dəfə gələ bilirdi.
O, əvvəlcə arvadının xəyanətindən şübhələnir, arvadı videogörüntülü zənglərdən yayınır, evdə tapılmırdı.
Daha sonra arvadını geolokasiya ilə izləyən ər onu məşuqu ilə yaxayır.
Bundan sonra uşaqların DNT testini verən ata nəticədən şoka düşüb. Uşaqlardan heç biri onun deyildi. Kişi şəhərdən qaçır, ailəsinə bir daha geri dönmədən boşanma ərizəsi verir.
Çen arvadından bu illər ərzində aldadıımaya məruz qaldığı üçün təzminat alacağını deyib.
Jurnalistlər qadından açıqlama alanda o, hərəkətlərindən peşman olmadığını deyib.
"Mən onu başa düşmürəm. Bioloji atalıq bu qədərmi vacibdir? Cütlüklər var ki, övladlığa uşaq götürür. Bunun nəyi pisdir. Qızlar onu çox sevir. Belə atalıq olmaz".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi