Uşaqlıq boynunun eroziyası (eroziya)

Uşaqlıq boynunun eroziyası (eroziya)Uşaqlıq boynunun eroziyası uşaqlıq boynundan örtük epitel hüceyrələrinin qopmasına gətirib çıxaran selikli qişanın dairəvi, diametri 2 sm-dək olan sahələrdən ibarət xoşxassəli patoloji prosesdir.

Həqiqi eroziya çox nadir hallarda rast gəlinir, ona görə həm də, psevdoeroziya və ya ektopiya adlandırılan uşaqlıq boynunun eroziyası dedikdə selikli qişanın defekti nəzərdə tutulur.

Bu xəstəlik zamanı uşaqlıq boynunun yastı çoxqatlı epitelinin servikal kanaldan silindrik hüceyrələrlə əvəz olunması baş verir.Uşaqlıq boynunun xaricinə çıxan epiteli uşaqlıq yolunun spesifik mühitinin təsirilə sürətlə artaraq zədələnmiş ocağın böyüməsinə səbəb olur.

Həqiqi eroziyada uşaqlıq boynu solğun çəhrayı,zədələnmiş sahə isə parlaq-qırmızı olur.Epitelial hüceyrələr qopduğundan selikli qişanın səthi çılpaqlaşır və bu da onun qanamasına gətirib çıxarır.Qadınlarda selikli qişanın belə zədələnmələri ağ ifrazat şəklində özünü göstərən iltihabi proseslərdə tez-tez rast gəlinir.

Selikli qişanın defekti müxtəlif ola bilər.O, uşaqlıq boynunu tam örtə bilər,lakin uşaqlıq boynu xarici dəliyi ətrafında yerləşməsi daha tez-tez rast gəlinir.Xəstəlik uzun müddət davam etdikdə uşaqlıq boynu hüceyrələrinin xüsusiyyətlərinin xoşxassəli,bədxassəli xarakterə malik törəmələrin formalaşmasına gətirib çıxaran dəyişməsi baş verir.

Eroziyanın patoqenezi

Uşaqlıq boynu eroziyasının yaranmasında cinsi yolla yayılan infeksiyaların (mikoplazma,ureaplazma,xlamidiya,qardnerella və s) mühüm əhəmiyyəti var.Uşaqlıq boynundakı travmadan infeksiya selikli qişaya düşür,sekresiyanın artması ilə müşaiyət olunan iltihabi proses yaradır.Bu isə,uşaqlıq boynunun selikli qişasını parçalayan əlavə faktordur.

Eroziyanın yaranma səbəbləri:

-cinsi yolla yayılan infeksiyalar (mikoplazma,ureaplazma,xlamidiya və.)

-sidik-cinsiyyət (tənasül) orqanları traktının iltihabi xəstəlikləri (kolpit,adneksit və s.)

-uşaqlıq boynunun travmaları

-menstrual tsiklin pozulmasına gətirib çıxaran hormonal fonun pozulması

-immun statusun azalması

-cinsi həyata erkən başlama

Eroziyanın növləri:

-anadangəlmə

-qazanılmış: fəsadsız və fəsadlı

Anadangəlmə ektopiya diaqnozu yeniyetmə yaşlarda profilaktik baxış zamanı

qoyulur.Xəstəliyin bu formasına silindrik epitelin sərhədlərinin uşaqlıq boynu xarici dəliyindən kənara çıxması xarakterdir.Əgər hər hansı fəsad yoxsa pasient sitoloji müayinələr aparmaqla ildə iki dəfə müşahidə olunur.

Qazanılmış forma doğuş və ya abortlardan sonra yaranır.Baxış zamanı silindrik epitelin çoxqatlı yastı epitellə örtülməsi,eləcə də, transformasiya sahələrinin formalaşdığı müəyyən edilir.

Eroziyanın diaqnostikası

Uşaqlıq boynunun eroziyası özünü heç cür biruzə vermir,yalnız həkim müayinəsi zamanı aşkar olunur.

Əsas kliniki əlamətlər:

-çoxlu selikli ifrazat

-cinsi əlaqə vaxtı və ya sonra ağrı və qanlı ifrazat.

Eroziyanın diaqnozunu qoymaq üçün istifadə olunan üsullar:

-floraya yaxma

-PZR (mikoplazma,ureaplazma,xlamidiya,herpes,pappilomavirus,qardnerella,trixomonad və s. aşkar olunması üçün)

-uşaqlıq yolu mikroflorasının disbakterioza bakterioloji müayinəsi

-sitoloji müayinə

-biopsiya

Bu xəstəliyin diaqnostikasında kolposkopiya böyük əhəmiyyət kəsb edir.Bu üsul dəfələrlə böyüdülmə hesabına uşaqlıq boynu və boyun dəliyinin epitelinin quruluşunu görməyə imkan verir.

Müalicəsi:

Eroziyanın effektiv müalicəsi üçün, eləcə də xəstəliyin yaranma səbəblərini bilmək məqsədilə cinsi yolla yayılan infeksiyaların olub olmamasını istisna etmək lazımdır.

Müalicə üsulunun seçilməsi analiz nəticələri,zədələnmənin struktur və böyüklüyündən asılıdır.Ektopiyanın müalicəsində əsas məqsəd dəyişmiş toxumanı çıxarmaqdır.

Uşaqlıq boynu eroziyasının əsas müalicə üsulları:

-lazerokoaqulyasiya (kiçik intensivlikli lazer şüasının təsiri)

-kimyəvi koaqulyasiya(uşaqlıq boynu xüsusi preparatlarla işlənir)

-kriodestruksiya (maye azotla dondurma)

-diatermokoaqulyasiya (elektriklə təsir etmə)

-diatermokonizasiya ( dəyişmiş toxumanı kənarlaşdırmaqla elektriklə təsir etmə)

Bu müalicə üsullarından sonra uşaqlıq boynu selikli qişasının bərpası üçün dərman müalicəsi aparılır.Bu məqsədlə şamlardan,məlhəmlərdən,aerozollardan və s. istifadə olunur.

Sağlamlıq     Baxılıb: 4752   Tarix: 25 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

qadin sayti adlarin menasi gözəllik məhsulları qas qalinlasmasi ucun maskalar aliment öhdəlikləri abdulla saiq usaq serleri asiq zulfiyenin oglunun toyu kosmetika qizliq perdesi ağır itki novruz bayramı kondom nedir rəksanə