ÜST-dən TÖVSİYƏ: Koronavirus xəstələrinin müalicəsində bu dərmandan istifadə etməyin
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyası olan xəstələrin müalicəsində "Remdesivir" dərmanından istifadə etməməyi tövsiyə edib.
Milli.Az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti dərman istifadəsi ilə bağlı təlimatların hazırlanması ilə məşğul olan beynəlxalq ekspert qrupunun nəticələrinə istinad edərək məlumat verib.
ÜST bu günə qədər xəstəliyin şiddətindən asılı olmayaraq, dərmanın xəstənin tez sağalmasına təsirinə dair bir dəlil olmadığını vurğulayıb. Bundan əlavə, ventilyasiya ehtiyacını azaltmasına təsiri barədə heç bir dəlil tapılmayıb.
Eyni zamanda dərmanın klinik praktikada rolu aydın deyil. Ekspertlərin bu tövsiyəsi 7000-dən çox xəstənin iştirak etdiyi beynəlxalq sınaqların nəticələrinin təhlilinə əsaslanır.
O da qeyd olunub ki, "Remdesivir"in spesifik xəstə qruplarına təsirini araşdırmaq üçün tədqiqatlar davam etdirilməlidir. (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir