ÜST: Meditasiya, müsbət ünsiyyət və sağlam qida yüksək qan təzyiqinin qarşısını alır

ÜST: Meditasiya, müsbət ünsiyyət və sağlam qida yüksək qan təzyiqinin qarşısını alırDünyanın yaşlı əhalisinin təxminən 30 faizi - bir milyarddan çox insan - hipertoniyadan, yüksək qan təzyiqindən əziyyət çəkir. Bu vəziyyət, ürək-damar xəstəlikləri, insult, böyrək xəstəliyi və demensiya kimi ciddi nəticələrə gətirib çıxara bilər. Hipertoniyanın kəskinləşməsi hər il 9,4 milyon insanın ölümünə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu barədə Arteriya Hipertoniyasına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə xatırladıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, adətən mayın 17-də qeyd edilən bu tədbir, cari ildə koronavirus pandemiyası səbəbindən oktyabrın 17-nə keçirilib.
Yaşlılar üçün normal qan təzyiqi ürəyin daralması (sistolik) zamanı 120 mm civə sütunu səviyyəsində, ürəyin rahatlandığı (diastolik) vaxtda isə 80 mm civə sütunu səviyyəsində təyin edilir. Qan təzyiqi sistolik göstərici 140 mm, diastolik göstərici isə 90 civə sütunu səviyyəsindən çox olduqda qan təzyiqi yüksək hesab olunur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, hipertoniyalı insanların əksəriyyətində bu xəstəlik adətən özünü heç bir simptomla büruzə vermir və buna görə də o "səssiz qatil" adlandırılır. Bəzən hipertoniya başağrısı, təngnəfəslik, başgicəllənmə, sinə ağrısı və ürəyin tez-tez döyünməsinə səbəb olur.
ÜST qeyd edir ki, bütün yaşlılar qan təzyiqlərini nəzarətdə saxlamalıdırlar. Bunun üçün ilk növbədə onu mütəmadi olaraq ölçmək lazımdır. Qan təzyiqi qalxdığı təqdirdə həkimə müraciət etməli və bütün tibbi göstərişlərə riayət olunmalıdır.
Mütəxəssislərin fikrincə hipertoniya riskinin qarşısının alınması və azaldılması üçün beş sadə addım atılmalıdır:
- sağlam pəhriz prinsiplərinə riayət olunmalı, duzlu və yağlı, ilk növbədə, çox yağlı olan yeməklərdən az istifadə etməli;
- alkoqollu içkilərin həddindən artıq istifadəsindən imtina edilməli;
- fiziki cəhətdən aktiv olmalı və normal çəki saxlamalı;
- tütündən istifadədən imtina edilməli;
- meditasiyalar, fiziki məşqlər və müsbət ünsiyyət vasitəsi də daxil olmaqla stressi nəzarətdə saxlamalı.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1442   Tarix: 19 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

geyim şəkilləri yay geyimləri 2026 gozel gorunmek şəxsi təcrübə darcin faydasi haxışta kəklikotunun faydası kosmetika hakışdalar maraqli hakistalar oyunlar badambura gunay