ÜST rəhəbərindən ÇAĞIRIŞ: "Tam anlamadığımız təhlükəli virusun…

ÜST rəhəbərindən ÇAĞIRIŞ: "Tam anlamadığımız təhlükəli virusun…Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus infeksiyanın sərbəst dövriyyəsi ilə cəmiyyətdə koronavirusa qarşı kütləvi immunitetin əldə edildiyi strategiyanın qəbuledilməz olduğunu söyləyib. Bu variantın etik standartlara cavab vermədiyini qeyd edən ÜST rəhbəri xəstəlikdən qorunma strategiyasının tibb tarixində heç bir zaman istifadə edilmədiyini söyləyib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST rəsmisini bunu Cenevrədə keçirdiyi brifinqdə bildirib.
"Heç vaxt tarixdə kütləvi immunitet epidemiyaya cavab vermək üçün bir strategiya olaraq istifadə edilməyib, o ki qaldı pandemiyada. Bu, elmi və etik baxımdan problemlidir", - Qebreyesus izah edib.
Bundan əlavə, ekspert hələ COVİD-19-dan kütləvi immunitet barədə kifayət qədər məlumata malik olmadığını əlavə edib. Xəstələnən insanların əksəriyyətinin "bir neçə həftə içində" immunitet inkişaf etdirməsinə baxmayaraq, immunitet reaksiyasının nə qədər güclü olduğu, nə qədər davam etdiyi və insandan insana nə qədər dəyişdiyi hələ bilinmir.
ÜST rəhbəri həmçinin koronavirusu olanlarda ikincili infeksiyanın qeydə alındığı halları xatırladıb. O, bir çox ölkədə insanların çoxunun hələ də virusa həssas olduğunu xatırladıb. Tedros Adanom Qebreyesus hesab edir ki, insanlar arasında COVİD-19-un nəzarətsiz dövriyyəsinin ağırlaşmalara gətirib çıxara bilər.
"COVİD-19-un insanlar üzərində uzunmüddətli təsirlərini yeni anlamağa başlayırıq. Tam anlamadığımız təhlükəli virusun sərbəst dolaşmasına icazə vermək sadəcə etikadan kənar bir şeydir. Bu bir seçim deyil", - Tedros Adan Ghebreyesus yekunda qeyd edib.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2044   Tarix: 13 oktyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

makiyaj etmek qaydalari hamilelikde qidalanma gelinlikler qışa hazırlıq badımcan qonaq otagi dizayni müalicəvi bitkilər eşq və məhəbbət kosmetika həmidə dolca qızlıq pərdəsi novruz bayramı sağlamlıq