Üz dərisinin gündəlik təmizlənməsi

Üz dərisinin gündəlik təmizlənməsiTəxminən 17-18 yaşlarından etibarən dəriyə müntəzəm və düzgün şəkildə qulluq etmək lazımdır. Bu dərinin gözəlliyini və cavanlığını uzun müddət ərzində qorumağa imkan verir.
Dəriyə qulluq edilməsi dərinin təmizlənməsindən başlayır.
Mənzillərimizdə gündəlik istifadə etdiyimiz su üzün dərisi üçün o qədər də xeyirli deyil. Onun tərkibində olan xlor və mineral duzlar dərinin qurumasına səbəb olur. Ən başlıcası isə odur ki, bu maddələr dəridəki tər və piy vəzilərinin ifraz etdiyi maddələrlə kimyəvi reaksiyaya girərək onların axarlarının bağlanmasına səbəb olur. Üzünüzü yalnız içməli (butulkalarda satılan) və mineral (qazsız) sularla yumağa çalışın (əlacsız qaldıqda - qaynanmış sudan istifadə edin). Üzünüzü sərin su ilə (otaq temperaturundan artıq olmayan) yumaq daha yaxşı hesab olunur. Yalnız yağlı dərisi olan insanlar istisna təşkil edirlər. Belə dərisi olanlar üzlərini əvvəlcə ilıq su ilə yumalı, daha sonra isə nisbətən sərin su ilə yaxalamalıdırlar.
Sabunla yumağa gəldikdə isə, kosmetoloqların ümumi rəyinə əsasən, dərinin tipindən asılı olmayaraq, üz dərisinin sabunla yuyulması, ümumiyyətlə, məsləhət görülmür. Sabun əvəzinə xüsusi gel və xüsusi köpüklənən vasitələrdən ("penka") istifadə etmək daha məqsədəuyğun hesab edilir. Mütəxəssislər tərəfindən hər dəri tipi üçün xüsusi gel və köpüklənən vasitələr hazırlanmışdır. Hər bir şəxs yalnız öz dəri tipinə uyğun olan vasitələrdən istifadə etməlidir! Üzün dərisini gün ərzində 1 dəfədən artıq olmayaraq - səhərlər su ilə yumaq məsləhət görülür (yağlı dəri istisna olmaqla - bu dərini gundə 2 dəfə su ilə yumaq olar).
Hər səhər dərinin gündəlik təmizlənməsindən sonra onu soyuducunun buz qabında hazırlanmış, kub şəklində olan buz parçası ilə ehtiyatla sürtmək olar. Bu, dəri hüceyrələrində mübadilə prosesini gücləndirərək qırışların hamarlanmasına, üz dərisinin gözəl rəng almasına, yanaqların təbii olaraq qızarmasına səbəb olur. Bu zaman adi buz parçasından savayı, müxtəlif ot dəmləmələrinin dondurulması ilə hazırlanan buz parçalarından da (kosmetik buz) istifadə etmək olar. Çobanyastığı, nanə (yarpız), üçbarmaq (pişikdili), boymadərən (qanotu), adaçayı, cökə ağacının çiçəyi, qızıl gül ləçəklərindən və ya bu bitkilərin müxtəlif cür qarışıqlarından hazırlanmış dəmləmələr daha yaxşı effekt verir. Bir və ya bir neçə bitki qarışığından ibarət olmaqla, bir xörək qaşığı ot götürərək onu termosda 1 stəkan qaynar su əlavə edib dəmləyin. Bu dəmləməni 30 dəqiqə saxladıqdan sonra soyudun, süzün və soyuducunun buz hazırlanan qabına tökün. Dəmləmə üçün ya qaynadılmış sudan, ya butulkalarda satılan içməli sudan, ya da qazsız mineral sudan istifadə etmək lazımdır. Dərinin həddindən artıq soyumaması üçün üzün "buzla yuyulması" 2-3 dəqiqədən artıq olmamalıdır. Buz parçasını üzün dərisinə yalnız masaj xətləri üzrə (bax. şəklə) və ehtiyatla surtmək lazımdır. Üzün "buzla yuyulmasından" yağlı və problemli, çox quru və həssas dərilərdə istifadə etmək olmaz!
Dərinin axşam təmizlənməsi və kosmetikadan azad edilməsi üçün adi sudan yox, kosmetik "süddən" istifadə edilməsi daha məqsədəuyğun hesab edilir. Təmizləyici maddəni 2 dəqiqə ərzində üz, boyun və sinə nahiyələrinə barmaqların ucu ilə yüngülcə masaj hərəkətləri etməklə sürtmək lazımdır. Sonra təmizləyici maddəni dəridən xaric etmək üçün ilıq suda isladılmış xüsusi süngər ("sponj"), birdəfəlik pambıq disklərindən və ya ilıq kompreslərdən istifadə edirlər. Lazım olan hallarda təmizləyici maddəni dəriyə təkrarən 2-ci dəfə də sürtmək olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1506   Tarix: 03 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

qis geyimləri 2026 kosmetika mehsullari qadin sayti qadın geyim və aksessuar yay paltarlari hakışta xınayaxdı maraqli toy ideyalari kosmetika bayati porno baldıza aid hakışta hakışta hakista sozler