Üzdə səpgilər – demodeks gənələri

Üzdə səpgilər – demodeks gənələriÜzdə gənə təhlükəli xəstəlik sayılır. Onun elmi adı demodeksdir. Patologiya mikroskopik ölçülü gənə tərəfindən törədilir. Xəstəlik erkən mərhələdə aşkarlandıqda müalicə daha asan başa gəlir.
Üzdə gənə nədir?
Demodeks tük follikullarında və yağ vəzilərində yaşayan kiçik parazitdir. Ölçüsü 0.1-0.4 mm arasında dəyişir. Normada dəri səthinin hər sm2-də 2-3 gənə yaşayır. Onların sayı az olduqda orqanizmə zərər yetirilmir. Lakin müəyyən faktorların (zəif immunitet, stress, hormonal fonun dəyişməsi və s.) təsirindən bu parazitlər çoxaldıqda üzdə gənə xəstəliyi - demodekoz yaranır.
Üzdə gənə hansı əlamətlərlə təzahür edir?
Dərialtı parazitin varlığından necə xəbər tutmaq olar? Demodeksin xarakterik simptomları aşağıdakılardır:
sızanaqlar;
yağlı parıltı;
dərinin qaşınması və qızarması.
Üzdə səpgilər – demodeks gənələriDəri yağlılığının səbəbsiz artması üzdə gənənin ilkin əlaməti sayılır.Dəri örtüyünün funksional pozğunluqları çoxsaylı sızanaq, akne ilə özünü büruzə verir. Növbəti mərhələdə xoralar əmələ gəlir. Dəri nahamar şəkil alır. Gənə infeksiyasının əsas simptomlarından biri dəridə qızartıdır. Üzdə gənə xəstəliyindən əziyyət çəkən şəxslərdə daimi qaşınma müşahidə olunur. Məsələ burasındadır ki, demodeksin həyat fəaliyyəti məhsulları üzdə allergiya törədir. Bəzi həssas insanlar dərinin üst qatlarında gənənin hərəkətini hiss edirlər. Gecə saatlarında əlamətlər daha da güclənir. Gündüz vaxtı simptomların zəif olması demodeksin işıqdan qorxması ilə əlaqəlidir. Gənə burun əsasında məskunlaşdıqda bu hissədəki toxuma birləşdirici qatla əvəz olunur. Buna görə də burun böyüyür, daha ətli görünür. Dəri örtüyü isə kobudlaşır və qabıqla örtülür.Gözlərdə daim qum hissiyatı, qızarma və yaşarma demodeksin kiprik diblərində məskunlaşması zamanı müşahidə olunur.Sadalanan əlamətlər qorxunc görünsə də, onların hamısı dərhal təzahür etmir.
Üzdə gənə xəstəliyinin diaqnostikası
Törədicilər üz dərisindən və kipriklərdən götürülən sıyrıntının mikroskopiyasında təyin olunur. Analiz verməzdən bir neçə gün əvvəl dekorativ kosmetika, krem və losyondan istifadə etmək olmaz.
Üzdə gənə xəstəliyinin müalicəsi
Demodeksin ən effektiv müalicə sxeminə aşağıdakılar daxildir:
Məlhəmlər (maz);
Həblər (tabletlər);
TCA-pilinq;
Ozonoterapiya.
Permetrin məlhəm. Həkimlərin üstünlük verdiyi məlhəmlərdəndir.  Permetrinli bakterisid məlhəmi məhz demodekozların müalicəsində geniş tətbiq olunan ən unikal vasitədir. Permetrinli bakterisid məlhəmi demodekoz xəstəliyinin törədiciləri olan demodeks gənələrini məhv edir. Dəri səthində olan qaşınma və qızartı hissini aradan qaldırır. Dəridə regenerativ prosesləri stimulə edir. Xinifuril antibakterial təsir göstərir. Əsasən qrammüsbət floraya - stafilokokk və streptokokklara təsir göstərir. Permetrinli bakterisid məlhəmi həm antiparazitar, həm də antibakterial təsir göstərir.
İstifadə qaydası: Dəri səthi təmizlənilir. Sonra Permetrinli bakterisid məlhəmi çəkilir. 8-14 saat saxlanılır. Sonra isə sabunla yuyulur. Prosedura gündə 1 dəfə olmaqla 14 gün müddətində təyin olunur.
Əks təsirləri ola bilər. İstifadədən öncə həkiminiz və ya əczaçınızla məsləhətləşin.
Milli.Az

Xəbərlər     Baxılıb: 1297   Tarix: 15 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

turlar.az

qaşların formalari yemek reseptleri kosmetik vasiteler ailə hamiləlik sac horukleri qadin dunyasi az klyos donlar 2026 kosmetika bayati ana haqqinda bayati ariqlamaq baldiza aid hakisda fitat