Üzü isti, yoxsa soyuq su ilə yumalıyıq? - DERMATOLOQ MƏSLƏHƏTİ
"Üzünüzü yuyacağınız suyun temperaturu dəri tipinizə uyğun olmalıdır, əks halda dəriniz zərər görəcək".
Bunu Metbuat.az-a açıqlamasında dermatoloq Şikar Hüseynov deyib. O qeyd edib ki, Üzü gün ərzində 2-3 dəfədən artıq yumaq məsləhət deyil:
"Üz yumaqda məqsədimiz dərimizin təmizlənməsi, məsamələrin açılması və dərinin yumşaldılmasıdır. Dəri tipindən və mövsümdən asılı olaraq üzünüzü yuyacağınız suyun temperaturu da dəyişir. Dəri tipi dedikdə, normal, yağlı, quru, həssas və qarışıq tiplər nəzərdə tutulur".
Həkimin sözlərinə görə, quru dəri tipli insanlar soyuq havalarda uzun müddət üzünü soyuq su ilə yusa, dəridə quruluq artacaq, çatlamalar meydana gələcək və dərinin qidalanması pozulacaq. Çünki həm soyuq hava, həm də soyuq su qan damarlarını daraldır. Uzun müddət davam etdikdə isə, dərimizin qan dövranı pozulur, dəri solğunlaşır və qırışlar meydana gəlir. Buna görə də, quru, normal və həssas dəri tipli insanlar soyuq fəsillərdə üzünü ilıq suyla yumalıdır:
"Yağlı dəri tipli insanlar ilin isti fəsillərində üzünü isti suyla yuduğu zaman, dəridə qan damarları genişlənir, qan dövranında durğunluq yaranır. Bir müddət sonra isə üzdə davamlı qalan qızartıya və kapilyarların görünməsinə (kuperoz) səbəb olur. Yağlı dəri tipli insanlar üzünü ilin isti fəsillərində soyuq su ilə yumalıdır".
Su cod olduqda dərinin qıcıqlanmasına, qurumasına və təravətini itirməsinə səbəb olur. Evdə istifadə olunan kran suyu cod sudur. Buna görə də, cod suyu yumşaltmaq üçün 1 litr suya yarım çay qaşığı soda əlavə edib üzünüzü yuyun. Beləcə, dəriniz yumşaq və təravətli olacaq.
mətbuat.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq