Üzük taxdığınız barmaq xasiyyətinizdən xəbər verir

Üzük taxdığınız barmaq xasiyyətinizdən xəbər verirPsixoloqların fikrincə, aksessuarlardan istifadə vərdişləri də insanın xarakterindən xəbər verir. Məsələn, üzüyü, əsasən, hansı barmağınıza taxırsınız? Üzük üçün seçdiyiniz həmin barmaq sizin hər hansı yaxşı xüsusiyyətinizin, bəlkə də çox pis xasiyyətinizi ətrafınızdakılara göstərə bilər.

Elə siz özünüz də ətrafınızdakı insanların üzüyü hansı barmağa taxdıqlarına diqqət etməklə onları daha yaxşı tanıya bilərsiniz.

Baş barmağa üzük taxan insan özündən çox əmindir. Bu həm kişilər, həm də qadınlar üçün keçərlidir.

Qədim Yunanıstanda kişilər cinsi baxımdan güclü olduqlarını göstərmək üçün baş barmaqlarına üzük taxıblar.

Baş barmağa üzük taxmağı xoşlayan qadınlar inadkar və qəzəbli olurlar.

Sağ əlin işarə barmağına üzük taxmağı xoşlayanlar güc və iqtidar həsrəti ilə yanıb tutuşanlardır. Belə insanlar hamıdan tərif eşitmək, diqqət mərkəzində olmaq arzusundadırlar.

Sol əlin işarə barmağına üzük taxmağı sevənlərin isə özlərinə inamları tam olur. Onlar çox güclü bir xarakterə sahib olurlar.

Üzüyü orta barmağında olanlar şən, zarafatcıl və özlərini tərifləməkdən zövq alan insanlardır. Onlar daim diqqət mərkəzində olmağı bacarır və bundan həzz alırlar. Onlar hər hansı bir məsələ ilə bağlı qərar verərkən heç kimin təsiri altında qalmırlar. Doğru ilə yanlışı ayıra bilirlər.

Qeyd edək ki, tarixdə ən seksual qadınlardan biri olan Merilin Monro da orta barmağa üzük taxmağı xoşlayıb.

Məlumdur ki, evlilik üzüyü adsız barmağa taxılır. Qədim misirlilər sağ əlin adsız barmağından ürəyə gedən bir damar olduğunu düşünüblər. Onlar bu damarı "vena amoris", yəni "eşq damarı" adlandırıblar. Məhz buna görə də, davamlı və uğurlu olması üçün evlilik üzüyünü bu barmağa taxıblar.

Ailəli olmadığı halda sağ əlin adsız barmağına üzük taxanlar da var. Psixoloqlar belə insanların əslində fərqində olmadan evlilik, romantika arzularını əks etdirdiklərini bildirirlər. Belə insanlar xəyalpərəst olurlar.

Nişanlı olmadığı halda sol əlin adsız barmağına üzük taxmağı sevənlər də az deyil. Onların problemləri həll etmək bacarıqları yüksəkdir. Yaradıcılıq sahələrində fövqəladə bacarıqları var.

Çeçələ barmağa üzük taxanlar isə yaradıcı və qeyri-adi insanlar olurlar. Hiyləgərdirlər, istədikləri hər şeyi əldə edə bilirlər. Hansı sahədə karyera qurmalarından asılı olmayaraq, sürətlə yüksəlməyə qadir olurlar.

Maraqlı     Baxılıb: 4067   Tarix: 25 may 2016
f Paylaş

Oxşar xəbərlər

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

turlar.az

maskalar geyim dəbləri sade makiyaj sekilleri mesameler ucun maskalar zorlama səhnə cinsi zəiflik xolesterini azaldan qidalar kosmetika tut ağacı tutdudu novruz hakıştası birlik sanamalar kahfe kali