Uzun iş saatları ölüm hallarını artırır - Araşdırma

Uzun iş saatları ölüm hallarını artırır - AraşdırmaÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) uzun iş saatlarının hər il yüz minlərlə insanın ölümünə səbəb olduğunu, koronavirus pandemiyasının bunu daha da gücləndirdiyini bildirib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, daha uzun iş saatlarının ölümə səbəb olmasına dair ilk qlobal araşdırma "Environment International" jurnalında dərc olunub.
Tədqiqata görə, 2016-cı ildə 745 000 nəfəruzun iş saatları ilə əlaqəli yaranan insult və ürək xəstəliklərindən ölüb və bu rəqəm 2000-ci ilə nisbətən təxminən 30% artıb.
Araşdırmanın nəticəsinə görə, iş saatı çox olan insanların sayı artmaqdadır və hazırda bu ümumi qlobal əhalinin 9%-ni təşkil edir.
ÜST və Beynəlxalq Əmək Təşkilatının (BƏT)hesablamalarına görə, 2016-cı ildə həftədə ən az 55 saat işlədiyinə görə 398 000 insan insultdan və 347 000 nəfər ürək xəstəliklərindən ölüb.
2000-2016-cı illər arasında uzun iş saatları ilə bağlı meydana gələn ürək xəstəliklərindən ölənlərin sayı 42%, insultdan ölənlərin sayı isə 19% artıb.
Aparılan tədqiqata görə, həftədə 55 saat və daha çox müddət işləmək, həftədə 35-40 saat işləməklə müqayisədə, infarkt riskini təxminən 35%, ürəyin işemik xəstəliyindən ölmə riskini17% artırır.
"Həftədə 55 saat və ya daha çox işləmək sağlamlığa çox ciddi təhlükədir. Bu istiqamətdə daha çox fəaliyyətin təşviq edilməsi, işçilərin daha çox qorunmasını istəyirik", - deyə ÜST-ün Ətraf Mühit, İqlim Dəyişikliyi və Sağlamlıq Departamentinin direktoru Maria Neira deyib.
ÜST-ün baş direktoru Adhanom Qebreyesus isə bildirib ki,COVID-19 pandemiyası bir çox insanın iş tərzini əhəmiyyətli dərəcədə dəyişdirib: "Virtual işləmək bir çox sənaye sahəsində normaya çevrilib, ev və iş həyatı arasındakı sərhədlər pozulub. Heç bir iş insult və ya ürək xəstəliyi riskinə dəyməz. İşçilər, hökumətlər, işəgötürənlər işçilərin sağlamlığını qorumaq üçün məhdudiyyətlərlə bağlı razılığa gəlmək üçün birlikdə çalışmalıdır".
Onun sözlərinə görə, pandemiya iş saatlarının artmasına yönələn tendensiyanı sürətləndirir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1049   Tarix: 20 may 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetika mehsullari yumurta ile uz maskalari xınayaxdı sözləri xinayaxdi hakista 2026 yaz yay kolleksiyasi kosmetika aydin sani burclerin uygunlugu tərəzi bürcü gözəllik oxu az