Kişilərin gizli qorxuları

Kişilərin gizli qorxularıçox kişilərin gizli qorxuları

Kişilərin gizli qorxuları

Bəzi qorxular var ki, qadınlardan fərqli olaraq, bəlkə də 90% kişilər onu üzə çıxartmağı xoşlamır. Amma içlərində olur və bunu inkar etməyə çalışırlar. Həmin qorxulardan bəziləri aşağıdakılardır. Uzanmasın deyə, əlavə şərh vermirəm.

1. Bədən qurluşunun münasib olmaması.

Təkcə qadın öz bədəninə görə narahat deyil, kişidə də bu olur. Ancaq elə də dilinə gətirmir.

2. Maddi cəhətdən əlinin aşağı olması.

Bəzən kişi elə düşünür ki, pulu olmasa onun hörməti olmayacaq və qadın onu sevə bilməz.

3. Boy.

Adətən hündürboylu adamlar özünə daha inamlı olur. Bəzi qadınlar hündürboylu adamlardan xoşlandığını dedikdə, boyu balaca olan kişilər bundan narahat olur.

Kişilərin gizli qorxuları

4. Cinsi münasibətdə bacarıqsızlıq.

Buna şərh vermirəm. Təkcə onu deyim ki, qadınların ən çox diqqət etdikləri şeydi. Kişi isə bu sahədə öznü "dahi" göstərməyə çalışır. Amma bilmir ki, görəsən qadın ona nə qiymət verəcək? Qadınların bir çoxu kimi, kişilərin də bu barədə təcrübəsiz olması normal haldır.

5. Rəqabət qorxusu.

Bəzi kişilər onların qarşısına özlərindən daha yaxşısı çıxıb, əlindəkiləri ala biləcəyindən ehtiyat edir və qadınlarını qorumaq üçün daha sərt qısqanclıq göstərirlər.

6. Qayınata və qayınana ilə münasibətin pozulması.

Bəzi kişilər çalışır ki, qızın valideynlərilə münasibəti korlamasın. Çünki ehtiyat edir ki, bu, onun münasibətinə təsir edər.

7. Əks cinslə münasibətlərin çatışmazlığı.

İndiki filmlər bizim üçün ideal maço, nə bilim alfa erkək simvolları icad edir ki, qadınların çoxu onları görüb ağıllarını itirirlər. Kişilərin bəzisi bundan kompleksə düşə bilir ki, mən o cür ola bilmərəm.

8. Bədəndə tüklər.

Bir çox kişilər bədənində tükün çox olması, ya ümumiyyətlə olmamasından kompleksə düşə bilirlər.

9. Görəsən qızın səndən öncə sevgilisi olubmu?

Bu, bir çox kişiləri daim narahat edən, ancaq verməkdən çəkindikləri suallardandır.

10. Emosiyalarını ifadə etmək.

Kişilər ağlamaz, zəiflik göstərməz, acizlik bildirməz və sair bu tip stereotiplər hələ uşaqlıqdan onların başına yeridilir. Odur ki, bir kişi hətta öz sevgisini göstərməkdən bəzən çəkinə bilər.

NƏTİCƏ: Bunların həlli çün kişi öz üzərində işləə bilər. Lakin ən effektiv yolu, qadının bu barədə ərinə yardım etməsidir. Qadın kişidə özünəinamı artıra da bilər, onu rəzil və heç kimə lazım olmayan duruma sala da bilər.

Ailə və Uşaq     Baxılıb: 1749   Tarix: 10 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi aksessuarlar dirnaqlar ucun maska gavalının faydaları yataqda seks soyuqdəymə kosmetika tanisliq gulmeli hakista yuxuda qara ilan gormek pizza xerceng