Uzunömürlü olmaq üçün necə qidalanmalı?

Uzunömürlü olmaq üçün necə qidalanmalı?Mütəxəssislər uzun ömür yaşamaq üçün necə qidalanmaq lazım olduğunu öyrənmək üçün eksperiment aparıblar. Onlar eksperimentdə iştirak etmək istəyən 3 ailəni təbii şəraitdə, təbiətin qoynunda və yalnız özlərinin yetişdirdiyi qidalarla yaşamağını təmin etmiş və sonda onların sağlamlıqlarını yoxlamışlar. Həkimlər eksperimentin nəticələrinə əsaslanaraq belə şəraitdə və bu cür qidalanma ilə yaşayan adamların 140-160 il yaşaya biləcəyini vurğulamışlar. Çünki eksperimentdə iştirak edənlərin qanının, iliyinin və daxili orqanlarının analizlərinin cababı həkimlərə bu fikrin doğru olduğunu sübut etmişdir.
Bəs insanlar uzun ömür yaşamaq üçün necə qidalanmalıdır və hansı qidalardan istifadə etməlidir?
1. Sağlam həyat yaşamaq istəyən adam süzülmüş su içməlidir. Bunu əldə edə bilməyənlər suyu dondurub, yenidən əvvəlki temperaturuna çatdırıb sonra içməlidir. Tarix boyu dünyanın ən məşhurları bu cür su ilə qidalanıblar. Suyu ya yeməkdən yarım saat əvvəl, ya da yeməkdən 2-3 saat sonra içmək lazımdır. Bu qaydaya əməl edildikdə həzm normal gedir. Həkimlər müxtəlif qatqılarla əldə edilmiş sirələri, limonadları içməyi məsləhət bilmir. Çünki bu cür içkilər ürək yanğısını azaltmır, əksinə artırır.
2. Ən sağlam qida maddələrinin siyahısına ikinci yeri taxıl məhsulları tutur. Taxıl məhsulları vitamin və minerallarla zəngindir, orqanizmə enerji verir. Bu siyahıya buğda, qarğıdalı, darı, arpa və s. aiddir.
3. Ləpəli bitkilər siyahıda üçüncü yeri tutur. Buraya fındıq, günəbaxan, araxis və digər bu kimi meyvələr daxildir. Mütəxəssislər bu cür meyvələrin qəbulunu qarışdırmamağı məsləhət bilir.
4. Xaşxaş, kətan, küngüt toxumlarının orqanizmə olan faydasını heç nə ilə müqayisə etmək olmaz. Çünki onların tərkibində olan kalsiumun miqdarı süddəkindən 10 dəfə artıqdır.
5. Göyərtilərlə qidalanan və yoqa ilə məğul olanların 100-150 il yaşadığını hamı bilir. Buna gərə də mütəxəssislər göyərtilərdən bol istifadə etməyi məsləhət bilir.
6. Dəniz kələmi ilə qidalanan adam qidanın hər qəbulunda orqanizminə 40 cür mineral qəbul etmiş olur.
7. Arı məhsullarının insana verdiyi faydanı saymaqla qurtarmaq olmaz. Bu səbəbdən də arı məhsullarından istifadə etməkdə fayda var.
8. Çiy tərəvəzlər (kələm, yer kökü, çuğundur, turp və s.bostan məhsulları)hər gün mütləq qəbul edilməlidir.
9. Gün ərzində 150-200 qram qoz yemək orqanizmin yağa, proteinə, zülala olan təlabatını ödəyir. Dünyanın bir çox alimləri qozu orqanizm və onun sağlamlığı üçün vacib saymış və onun haqqında çoxlu müxtəlif fikirlər söyləmişdir.
10. Siyahının sonunda düyü, qarabaşaq durur. Mütəxəssislər düyünün zəif odun üstündə 20 dəqiqədən çox bişirməyi məsləhət bilmirlər. Qarabaşağın tərkibindəkilər itməsin deyə onu özünün 2 misli qədər qaynar suya töküb saxlamağı və yeyərkən istiməyin faydalı olduğu qeyd edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1296   Tarix: 05 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

gelinlikler sac duzumleri maskalar vətən haqqında inşa moruğun faydasi qadın sağlamlıq cinsi mövzular kosmetika birlik haqqinda qaynana tanisliq pizza babasil