Vaksinin qoruyuculuğu nə qədər davam edəcək? - İnfeksionist bütün gerçəkləri açdı

Vaksinin qoruyuculuğu nə qədər davam edəcək? - İnfeksionist bütün gerçəkləri açdıOnkoloji xəstələrin müalicə aldığı xüsusi dövrdə peyvənd olunmaları tövsiyə olunmur. O cümlədən immun sistemini aşağı salan xüsusi dərmanlar qəbul edən immunsupressiv xəstələrə, orqan transplantasiyası əməliyyatı keçirən və immun sistemi aşağı olan insanlara vaksinin necə təsir edəcəyi barədə yetəri qədər araşdırmalar yoxdur. Odur ki, bu risk qrupunun da vaksinasiyaya cəlb olunması nəzərdə tutulmayıb. Lakin 65 yaşdan yuxarı insanlar hansı xəstəliyin kəskin dönəmində deyilsə, hər biri peyvənd oluna bilər. Bu yaş qrupunun peyvənd olunması xüsusilə vacibdir.
Publika.az xəbər verir ki, bu sözləri TƏBİB-in İşçi Qrupunun üzvü, infeksionist Vüsalə Yaşar deyib. Həkim bildirib ki, kəskin xəstəlikləri olan insanlar müalicədən sonra vaksinasiyaya cəlb olunmalıdır:
"Xroniki xəstəliyi olan insanlar arasında peyvənd qorxusu olsa da, vaksinlə bağlı araşdırma aparan və bu barədə ətraflı məlumat əldə edən insanların böyük qrupu vaksinasiyada könüllü şəkildə iştirak edir. Ümumiyyətlə, peyvənd qorxusu yeni hal deyil. İllərlə valideynlər övladlarını vaksinasiyadan yayındırmağa çalışırdı. Unutmaq lazım deyil ki, vaksinlər bizi ölümcül xəstəliklərdən və ya xəstəliklərin ağırlaşmasından qoruyur. Əslində, vaksin dünyanın əsas elmi nailiyyətlərindən biridir. Çiçək xəstəliyinin kökü məhz vaksinasiya sayəsində kəsilib. Odur ki, bəzi xəstəliklərə qalib gəlməyin yolu vaksindən keçir. Əlimizdə olan vaksin isə inaktiv vaksindir, bədənimizə hər hansı virus deyil, qarşılaşa biləcəyimiz virusun zəiflədilmiş modelini yeridirlər. İmmunitet bu modelə qarşı müdafiə mexanizmi hazırlaya bildiyi üçün virusa yoluxanda bədən müqaviməti hazır vəziyyətdə olur.
Vaksinin qoruyuculuğu nə qədər davam edəcək? - İnfeksionist bütün gerçəkləri açdıPeyvənd olunan insanlar özünü qorumağa, maska taxmağa, sosial məsafəni qorumağa davam etməlidir. 100 faizli qoruyucu peyvənd yoxdur. Vaksinasiyanın qoruyuculuğu 60-90% arasında dəyişir. Onun əsas mahiyyəti ondan ibarətdir ki, xəstəliyi daha yüngül keçirməyə kömək etsin. Burada orqanizmin ona verdiyi cavab önəmlidir. Bu, elə bir xəstəlikdir ki, hansı antitel titrinin nə qədər qoruyucu olduğunu belə hələ bilmirik. Bu antitellərin hansı rəqəmdən sonra qoruyucu olduğunu, bu qoruyuculuğun nə qədər davam edəcəyini dəqiq söyləmək mümkün deyil. Hələ ki, bu barədə araşdırmalar azdır. Ümid edirik ki, vaksinin qoruyuculuğu daha da artacaq. Yalnız əhalinin 70 faizini vaksinasiya etdikdən sonra xəstəliyin yoluxma zəncirini qıra biləcəyik. Ümumilikdə vaksinin qoruyuculuğunun 6 aydan az olacağını düşünmürük. Ən böyük istəyimiz odur ki, vaksinin qoruyuculuğu ən az 2 il olsun".
Maarifləndirmənin əhəmiyyətindən söz açan Vüsalə Yaşar qeyd edib ki, xəstəliyin yaratdığı fəsadlar insanları daha çox narahat etməlidir:
"Tərəzinin bir gözünə peyvəndin təsirlərini, digər gözünə isə xəstəliyin fəsadlarını qoysaq, görərik ki, ikincinin nəticələri daha ağırdır. Baş ağrısı və yüngül qızdırma kimi peyvəndin yaratdığı təsirlər maksimum 48 saat davam edir. Odur ki, vaksin ən doğru seçimdir".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1917   Tarix: 11 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

qis geyimləri 2026 geyim dəbləri aksessuarlar bilik haqqinda atalar sözləri daban agrilari qripdən qorunmaq qara qaragat kosmetika geyim xlor lekesi gözəllik xanım az oglaq