Valideynlər uşaqlarını tənbeh edərkən mütləq bunları nəzərə almalıdır

Valideynlər uşaqlarını tənbeh edərkən mütləq bunları nəzərə almalıdırQanun-qaydaya sövq edilməyən uşaq azadlığın mahiyyətini dərk edə bilməz. Təəssüf ki, bəzi valideynlər qanunları azadlıq hissinə zidd hesab edirlər. Onlar uşaq üçün çərçivəsiz bir mühit yaradırlar. Çərçivəsiz mühitdə yaşayan uşaq valideynin diqqət və sevgisini dəyərləndirə bilməyəcək. Bu isə böyük faciədir.

Qayda-qanunsuz mühitdə yaşayan uşaq özünü idarə edə bilmir və öz ətrafına dağıdıcı münasibət göstərir. Bu tip uşaqların cinayətə, vəhşiliyə daha çox meyli olur. Fitrətən mərhəmətli olan bir varlıq yanlış tərbiyə nəticəsində amansızlaşa bilər.

Bəzən elə adamlarla rastlaşırıq ki, uşaqlığını tam azad mühitdə keçirdiyindən gələcəyini təyin etmək qabiliyyətini itirmişdir. Onlar valideynin əvəzində özləri üçün qanunlar tətbiq etmiş və bu yetərsiz qanunların nəticəsində yaradıcılıq istedadından məhrum olmuşlar.

Tənbeh isə xoşagəlməz olsa da bəzi şəraitlərdə zəruridir. Əgər vaklideyn körpəni pis vərdişlərdən xoşluqla çəkindirə bilmirsinizsə, demək tənbehdən istifadə etməlisiniz. Amma tənbeh və tərbiyə ayrı-ayrı məfhumlardır. Tərbiyə qayda-qanunlarla tanışlıqdırsa, tənbeh itaətsizliyə görə verilən cəzadır.

Tənbeh tərbiyəni, tərbiyə isə tənbehi əvəz edə bilməz. Əgər valideyn uşağa tənbeh barədə xəbərdarlıq edibsə tənbeh etməyə hazır olmalıdır. Bəzi valideynlər uşağı tənbehlə qorxutmaqda həddi aşırlar. Bu iş tövsiyə olunmur. Əgər belə etsəniz sabit qayda-qanunları zəiflətmiş olacaqsınız. Əgər tənbeh etmək fikriniz yoxdursa, bu barədə danışmamağınız yaxşıdır.

Tənbehlə qorxudub, onu yerinə yetirməyəcəksinizsə, uşağın pis işini görməməzliyə vurmağınız daha yaxşıdır. Dəyərli valideyn olmaq üçün düşünülməmiş hərəkətlərdən və bu hərəkətlərin uğursuz nəticələrindən çəkinilməlidir.

Bəs övlad üçün konkret tənbeh ölçüləri mövcuddurmu?

Buraxılmış səhvə görə tənbeh həmin səhvə uyğun olmalıdır. Yalnız səhər dişini fırçalamadığı üçün uşağı həvəslə gözlədiyi futbol müsabiqəsindən məhrum etmək düzgün deyil. Axı diş yumaqla futbol arasında nə əlaqə var?! Əslində, uşağın öz dişini fırçalamaması ciddi tənbehə layiq deyil. Ən yaxşı yol budur ki, uşağın öz dişini yumasında şəxsən iştirak edilməlidir. Demək, tənbeh həm keyfiyyət, həm də kəmiyyət baxımından buraxılmış nöqsana uyğun olmalıdır.

Ağır tənbeh nəticəsində uşaq öyrənə biləcəyi bir işin qarşısında aciz qala bilər. Əgər uşaq tənbehi özünə qarşı zülm kimi qəbul edərsə, narahat olmalı, ona tənbehin əhəmiyyətini anlatmağa çalışılmalıdır. Lakin mülayim tənbehlər daha təsirlidir.

Müşahidələrdən məlum olur ki, çox ağır tənbehin nəticəsində uşaq bir də pis vəziyyətə düşməmək üçün yol axtarır.

Bir misal: sinifdə qızları incitmiş bir oğlanı müəllim məcbur etmişdi ki, beş yüz dəfə "mən daha qızları incitməyəcəyəm" sözlərini yazsın. Bu oğlanla aparılan söhbətlərdən məlum oldu ki, onun qızlara qarşı yox, müəllimə qarşı rəftarı dəyişib. O, qərara gəlmişdi ki, qızları xəlvətdə incitsin.

Bu oğlan qızlara qarşı pis münasibətin mahiyyətini anlamamışdı.
Əgər sizin uşaq hansısa bir pis işi dəfələrlə təkrarlayırsa, ona işin mahiyyətini anlatmağa çalışılmalıdır. Nəzərinə çatdırılmalıdır ki, bu işə görə tənbeh olunacaq. Ona bildirin ki, necə tənbeh olunacağı haqqında birgə qərar çıxarılacaq. Uşağın özündən soruşun ki, o hansı tənbehə layiqdir.

İnanın ki, onun təklif etdiyi tənbeh üsulu öz ağırlığı ilə sizi təəccübləndirəcək. Bu üsuldan istifadə edən bir valideynə uşaq belə təkliflər etmişdi: "Mənə üç həftə yemək vermə"; "Bir il dostlarımla görüşməyə icazə vermə..."
Sizin öz övladınızla tənbeh barədə məsləhətləşməyiniz onun tənbehini yüngülləşdirir. Bu üsulun tətbiqi nəticəsində siz ədalətli hakim olaraq qalırsınız.

Tənbeh uşağın tərbiyəsində o vaxt təsirli olur ki, valideyn vəziyyəti nəzarət altında saxlaya bilsin. Amma öz məhəbbətinizi də əsirgəməməlisiniz. Övlad hiss etməlidir ki, onun düşüncələri nəzərə alınır. Tənbeh növü seçilərkən uşağın hissləri nəzərə alınmazsa görülən iş mənfi nəticələrə səbəb ola bilər. Məsələn, əksər valideynlər uşaqlarına otaqlarını səliqə-səhmana saldıra bilmirlər.

Hansı ki, söhbət otağın tamamilə təmizlənməsindən yox, qismən yığışdırılmasından gedir. Uşaq paltarlarını hara gəldi atmamalıdır. Əgər valideyn elan etsə ki, paltarı yerə atılan övlad ev işlərində on beş dəqiqə kömək etməli olacaq, uşaq öz nöqsanını aradan qaldırmağa çalışar. Valideyn edə bilər ki, xəcalətli bir görkəmdə uşağa desin: Bütün yollar səmərə vermədiyindən səni tənbeh etməyə məcburam və bu sonuncu yoldur.

Tənbehə sövq edən rəftar haqqındakı əvvəlki xatırlatma çox əhəmiyyətlidir. Bu xəbərdarlıq ona seçim şansı verir. O, öz rəftarını dəyişməklə tənbehin qarşısını ala bilər. Demək istəyirəm ki, onun yanına sillə vurmazdan qabaq ona xəbərdarlıq edin. Ona rəftarını dəyişməklə sillənin qarşısını almaq imkanı verməlisiniz. Bu halda rəftarını dəyişməyən uşaq onun nə gözlədiyini qabaqcadan bilir. Yadınızda saxlayın ki, bu sillə ağrıdıcı olmamalıdır. Ona gücünüzü göstərməyiniz yetər. Uşağın bu kiçik sillədən sonra şiddətlə ağlamasına heyrət etməyin.

Ailə və Uşaq     Baxılıb: 2469   Tarix: 14 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

turlar.az

qadin dunyasi geyim şəkilləri gelinlikler qadın alt paltarları həftəlik bürclər qadın və texnologiya fantaziya kosmetika veten haqqinda bayati turpun nağlı ekizler kahfe falı bayatılar