Vaxtından əvvəl doğulan körpələr MÜTLƏQ BU MÜAYİNƏDƏN keçirilməlidir

Vaxtından əvvəl doğulan körpələr MÜTLƏQ BU MÜAYİNƏDƏN keçirilməlidirBir sıra göz xəstəlikləri var ki, bunlar körpə uşaqlarda anadangəlmə və yaxud qazanılmış korluğa səbəb ola bilər. Əgər körpə valideynin hərəkətlərini izləmirsə, bu artıq korluğun göstəricisidir. Belə hallarda erkən müdaxilə vacibdir. Vaxtından əvvəl doğulmuş körpələrin isə hər bir halda ilk ayında göz dibi müayinəsindən keçmələri şərtdir.
Xanim.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri göz cərrahı, tibb elmləri doktoru Tural Qəlbinur bildirib.
Həkim deyib: "Körpələrdə müşahidə edilən göz xəstəliklərindən kataraktanı (mirvari suyu) misal çəkmək olar. Mirvari suyunun ilkin simptomları adətən göz bəbəyinin tam ortasında əmələ gələn ağ ləkədir. Əksər hallarda bu ləkə uşaqların çəkilmiş şəkillərində daha yaxşı görünür. Bu xəstəlik doğulan gündən etibarən cərrahi əməliyyatla aradan qaldırıla bilər.
Erkən doğulmuş, yəni 32 həftədən tez və yaxud 1500 qram çəkidən az körpələrdə ROP (erkən doğulanların retinopatiyası) xəstəliyi də müşahidə edilir. Son illər ölkəmizdə bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı artmaqdadır. Əvvəllər 600-700 qram çəkidə doğulanların sağ qalma ehtimalı çox az idisə, hazırda tibbin inkişafı ilə belə uşaqlar həyatda qalır. Bu körpələr küvez aparatında xüsusi oksigen şəraitdə bir ay saxlanılırlar ki, bu da onların gözlərində ciddi problemlərlə nəticələnə bilər. Vaxtında müdaxilə edilmədikdə belə problemlər korluğa gətirib çıxara bilər. ROP xəstəliyinin simptomları çox gec özünü büruzə verir və üç ayına qədər müdaxilə olunmalıdır. Korluğa səbəb ən əsas amil körpənin vaxtından əvvəl doğulmasıdır. Bu isə göz həkiminin müayinəsinin vacıbliyini önə çıxarır. Gecikmiş halda gətirilən körpələrə isə müdaxilə etmək üçün çox vaxt səmərəsiz olur. Belə ki, torlu qişanın qopması əmələ gəlirsə artıq bu dönülməz korluqla nəticələnir. Biz bu xəstəliyin inkişaf etmiş mərhələlərində də əməliyyat edirik. Təəssüflə qeyd etmək istərdim ki, cərrahi müdaxiləyə baxmayaraq bütün körpələrə kömək etmək mümkün olmur. Ilkin diaqnoz qoyulduqda lazer koaqulyasiyası və yaxud gözdaxili inyeksiyalar vasitəsilə bu problemin qarşısını almaq mümkündür.
Anadangəlmə korluğa genetik xəstəliklər də səbəb ola bilər. Xüsusilə birinci dərəcəli qohum evlilikləri nəticəsində doğulan körpələrdə bir sıra xəstəliklərlə yanaşı, ciddi göz problemləri də müşahidə edilir. Belə uşaqlarda müxtəlif göz dibi, torlu qişa patologiyaları yaranır ki, bu da göz problemlərinin əmələ gəlməsində vacib faktorlardan biridir.
Uşaqlarda anadangəlmə müxtəlif retinoblastomalar və rabdomiosarkomalara (bədxassəli şişlər) da rast gəlinir. Müasir tibdə bu tip xəstəliklərdə bəzən gözü xaric etmədən də müdaxilə etmək mümkündür.
Qazanılmış göz problemlərinə gəldikdə isə burada çəpgözlüyü misal çəkmək olar. Bu halda göz həkiminə kiçik yaşlarda müraciət edilməlidir. Çəpgözlük adətən eynəklə müalicə olunur. Eynək taxma dövrü çəpliyin növündən asılı olaraq dəyişir. Lakin bu üsul kömək etmədikdə bu qusur cərrahi müdaxilə ilə aradan qaldırıla bilər. Belə olan halda cərrahi müdaxilə məktəbəqədər dövrdə edilməlidir.
Zədələr nəticəsində əmələ gələn korluqlarda isə alınan zərbənin dərəcəsi, küt və ya dəlici olması əsas rol oynayır. Bəzən küt zədələr dəlicilərdən daha şiddətli ola bilir. Belə zərbələrin dalğaları bütün toxumaları zədələyir. Korluq ümumiyyətlə görmə sinirin zədələnməsi və yaxud torlu qişanın qopmasına bağlıdır.
Torlu qişanın qopması varsa və yaxud mirvari suyu əmələ gəlibsə biz buna cərrahiyyə ilə müdaxilə edə bilirik. Lakin hər hansı bir görmə sinirinin zədələnməsi halında çox təəssüf ki, heç bir müalicə metodu kömək etmir. Bugünkü tibdə görmə sinirinin bərpası mümkün deyil". (Azərtac)

Xəbərlər     Baxılıb: 1467   Tarix: 18 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

turlar.az

sac duzumleri qis geyimləri 2026 kosmetika mehsullari cennet almasi balıq yağı sizanaga qarsi maskalar müalicəvi bitkilər kosmetika qadin saglamlig qizlar novruz hakısdası vətənə aid bayatı hüzeyir hacibəyov