Vərəmə tutulmamaq üçün 5 SADƏ MƏSLƏHƏT

Vərəmə tutulmamaq üçün 5 SADƏ MƏSLƏHƏTVərəm hava-damcı yolu ilə keçən infeksion xəstəlikdir. Bu infeksiyanı vərəm mikobakteriyaları (digə adı - Kox çöpləri) yaradır.

Vərəm xəstə insandan sağlam insana çox asan keçir. İnsan bu infeksiyaya istənilən ictimai yerdə (dükan, məktəb, uşaq bağçası, metro, avtobus və s.) yoluxa bilər. Orqanizmə düşdükdən sonra Kox çöpləri qan və limfa axını ilə bütün orqanizm boyu yayılır və bu səbəbdən bir çox orqanlarda xəstəlik yarada bilirlər (dəri, cinsiyyət orqanları, sümüklər, bağırsaq, gözlər və s.). Lakin daha tez-tez agciyər vərəminə təsadüf edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yaşayan insanların 1/3 hissəsində latent vərəm var. Bu o deməkdir ki, bu insanlar artıq vərəm infeksiyasına yoluxub, lakin (hələ) xəstə deyillər və infeksiyanı digər insanlara ötürmürlər. İmmun sistemi müxtəlif səbəblərə görə (xroniki xəstəliklər, yaşlanma, stress, natamam qidalanma və s.) zəiflədikdə bu insanlarda vərəm xəstəliyi inkişaf edə bilər.

Hal-hazırda vaxtında aşkar olunmuş vərəm tam müalicə olunur və insan sağalır.

Vərəm xəstəliyindən qorunmaq üçün bəzi sadə qaydalara əməl etmək lazımdır. Xanim.az saglamolun.az-a istinadən bu qaydaları təqdim edir:

1. Gigiyena qaydalarına ciddi riayət edin. Xüsusilə çöldən evə qayıtdıqdan sonra mütləq əllərinizi yaxşı yuyun, çöldə, ictimai yerlərdə üzünüzə, gözlərinizə, ağzınıza toxunmayın. Evin bütün səthlərini tez-tez nəm əski ilə silin, evin havasını gündə bir neçə dəfə dəyişin.

2. Yaxşı qidalanın. Qidalanmada mütləq zülallarla zəngin olan məhsullar (ət, yumurta, süd məhsulları) olmalıdır. Zülallar immun sisteminin normal fəaliyyəti üçün ən vacib olan maddələrdir.

3. Siqaret çəkməkdən imtina edin. Siqaret çəkən insanlar vərəm infeksiyasına görə risk qrupuna daxildir.

4. İdmanla məşğul olun, hər gün açıq havada gəzin.

5. Stresli vəziyyətlərdən qaçın. Stress immun sistemini zəiflədir ki, bu da infeksion və digər xəstəliklərin inkişafına şərait yaradır.

Sağlamlıq     Baxılıb: 2113   Tarix: 04 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

turlar.az

toy makiyaji sekilleri qadın geyimi sac duzumleri kısa saç hörükləri hind filmleri dini qadin geyimleri tutun xeyri kosmetika novruz hakisdalari haxisda dovsan novruz bayramına aid hakıştalar sanamalar