Verməşilli küftə şorbası (1 yaş +)

Verməşilli küftə şorbası (1 yaş +)Körpə qidası bütün digər yeməklərdən və onların hazırlanma texnologiyasından daha fərqlidir. Əlbətdə ki, uşaq qidası həmişə xüsusi olaraq, nəzərdən keçirilməlidir. Uşaq üçün ən uyğun qida məhsulları - asan həzm olunmalı, allergiya yaratmamalı və ən əsası uşağın dad zövgünə uyğun olmalıdır. İlk yemək - əlbəttə ki, yüngül bulyonlar və ya suda hazırlanan şorbalar olmalıdır. Axı körpənizə axşam yeməyi üçün ədviyyat ilə hazırlanan şorbanı təqdim etsəniz, körpə mədəsinin bu cür yeməyi problem yaratmadan mənimsəməsi ehtimalı çox azdır. Eləcə də, qril üzərində bişmiş və ya yağda qızardılmış, mütəlif ədviyyatlar əlavə olunmuş ət yeməkləri də arzuolunmazdır.
Küftə şorbası 1 yaş yuxarı uşaq üçün hazırlana bilər. Uşağınızın vəziyyətinə görə davranın, bəzi analar belə bir şorbanı bir yaşından əvvəl uşaqlara verməyə başlayır və uşaqlar da özlərini yaxşı hiss edirlər. Hər bir halda, şorba verməyə başladıqda, şorbada körpənin artıq tanış olduğu məhsullardan istifadə edin. Biz təzə ətdən verməşilli yüngül, dadlı və doyumlu bir şorba hazırlayacağıq. Verməşili, düyü və ya qarabaşaq yarması ilə də əvəz edə bilərsiniz. Şorbaya duz istisna olmaqla, hər hansı bir ədviyyat əlavə etməyi məsləhət görülmür.
Verməşilli küftə şorbasının hazırlanması üçün lazım inqrediyentlər;
300 qr qiymə dana əti (və ya toyuq əti),
1 ədəd kiçik soğan,
1 ədəd yerkökü,
1 ədəd kartof,
2 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,
100 qr qısa vermeşil,
3 stəkan su,
10 qr şüyüd,
duz.
Verməşilli küftə şorbasının hazırlanması
Əvvəlcədən təmizlənib yuyulmuş soğan ət ilə birlikdə ət çəkən maşınından 2 dəfə keçirilməlidir. Qiyməyə istəyinizə görə duz elavə edib, yaxşı qarışdırın. Əllərinizi bir az soyuq suda isladıb, nəm əlləriniz ilə qoz ölçüsündə küftələr hazırlayın. Qazana təmiz su əlavə edib, qaynadın. Sonra hazır küftələri qaynayan suya əlavə edin. Pişirmə zamanı köpük meydana gəldikdə, köpüyü təmizləməyi unutmayın.

Şorbaya doğranmış soğan əlavə etməyin. Demək olar ki, bütün uşaqlar soğanı orada görəndə ilk yeməyi yemək istəmirlər. Soyulub, yuyulan yerkökünü dairələrə kəsin və zeytun yağı ilə bir tavaya qoyub, mümkün qida dəyərini saxlamaq üçün aşağı istilikdə 5-6 dəqiqə qarışdıraraq, bişirin və sonra qazana əlavə edin. Kartofu xırda kublara böldükdən sonra yenidən yuyun və şorbaya əlavə edin. Şorbanı bütün inqrediyentlər hazır olana qədər təxmini 20-25 dəqiqə bişirin və sonra nazik qısa verməşili əlavə edin. Şorbanı duzlayıb 7-8 dəqiqə bişirməyə davam edin. Hazır olan şorbaya incə doğranmış şüyüd əlavə edin. Şorbanız hazırdır. Nuş olsun!

Sağlam qida     Baxılıb: 34506   Tarix: 16 aprel 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Düzgün qidalanmaq üçün nə lazımdır?

Artıq çəki ilə bağlı problem məni internetdə yaxşı bir pəhriz formulu axtarmağa vadar etdi. Uzun axtarışların sonucunda maraqlı bir məqalə ilə rastlaşdım. Məqalə "Düzgün qidalanmaq üçün nə etmək lazımdır" başlığ

.

Tərəvəz omleti (1 yaş +)

Kabaçok körpəyə verilən ilk qıdalardan biridir. Yumuşaq toxuma və aşağı alergik quruluşuna görə 6 aydan başlayaraq körpələrə veriləcək ilk qidalar arasındadır. Kabaçok qısa bir zamanda buxarda bişirilir və çəngəlin köməy

.

Qaraciyərin sağlamlığını qoruyan meyvə

Tərkibində pektin - qaraciyərdən zərərli maddələri çıxarmağa qadir birləşmənin olduğu ərik bu orqanın formada qalmasını dəstəkləyir. Pektinlər polisaxaridlərə aid edilir. Praktik olaraq, insanın həzm sistemi tərəfindən mənimsənilməyə

.

Qırmızı mərci şorbası (8ay +)

Mərci şorbası mətbəxin əvəzsiz yeməklərindən biridir. Tez zamanda hazırlanmasına görə analar üçün əlverişlidir və inkişaf yaşındakı uşaqlar üçün də yaxşı bir dəmir mənbəyidir. Zülal və liflə zəngin olan bu qida qəbizlikdə

.

Kartoflu omlet (8 ay +)

Yumurta ən dəyərli protein mənbələrindən biridir. İlk əvvəl körpələrə yalnız yumurta sarısı verilir. Səbəb, yumurta ağının tərkibində daha çox protein olduğu üçün allergiya potensialı daha yüksəkdir. Yumurta alergiyasi, yumurt

.

"Zeytun Bağları" ilə hazırlanmış Yunan salatı –VIDEO

Resept:. - 2 ədəd xiyar. - 2 ədəd pomidor. - 2 ədəd yaşıl bolqar bibəri. - feta pendiri. - 50 qr qara zeytun. - 1 ədəd qırmızı baş soğan. Sous üçün: extra virgin "Zeytun Bağları" yağı, limon suyu, duz, istiot. Nu

.

"Zeytun Bağları" ilə hazırlanmış Tərəvəzli toyuq - VIDEO

Resept:. -Toyuq filesi 150 q. -1 ədəd böyük badımcan. -1 ədəd kök. -1 ədəd bibər. -2 ədəd pomidor. -1 ədəd qırmızı baş soğan. -2 diş sarımsaq. -duz, istiot. -2 x.q. "Zeytun Bağları" yağı. Nuş olsun!. jwplayer "mediaspace_1781421922198954456a2e57625d618.setup"flashplayer"

.

Manna yarmalı tərəvəz şorbası (1 yaş+)

Protein baxımından zəngin olan bu qida olduqca faydalıdır. Buna görə də, manna yarmasının faydaları sadalandıqda, tərkibində olan yüksək protein quruluşu həmişə əsas olaraq, qeyd olunur. Əlavə olaraq, tərkibindəki karbohidratı

.

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti. Tərəvəz şorbalarının nə qədər faydalı olduğunu artıq bilirik. Lakin, burada olan gül kələminin brokoli kimi nə qədər zəngin bir vitamin deposu olduğunu da unutmamalıyıq. Gülkələm

turlar.az

makiyaj instagram donlar 2026 sade makiyaj sekilleri gün vurmanın əlamətləri körpə yeməyi xalq mahnilari sozleri yay kolleksiyasi 2026 kosmetika atalar sözü əfsanələr kley lekesi bayatılarımızda vətən həsrəti tapmaca