Vəziyyət ağırlaşa bilər, bunun olmaması üçün... - Həkimdən HƏYƏCAN TƏBİLİ

Vəziyyət ağırlaşa bilər, bunun olmaması üçün... - Həkimdən HƏYƏCAN TƏBİLİ"Birinci dalğa dönəmində deyilirdi ki, iyun, iyul və avqust ayının ortalarına qədər koronavirusa yoluxmada davam edən aktivliyin payız mövsümündə də təkrar artma ehtimalı var. O cümlədən payızda virusa diaqnoz qoymaq daha da çətinləşir".
Bu fikirləri Publika.az-a danışan pulmonoloq Həsən Həsənzadə deyib.
O bildirib ki, payız mövsümündə koronavirusla yanaşı, bir sıra respirator xəstəliklər, həmçinin qrip və digər tənəffüs yolu infeksiyalarına yoluxma artır: "Simptomlar bənzər olduğu üçün COVID-19-la onları ayırd etmək çətin olacaq. Artıq bu proses başlayıb. Son bir həftə ərzində koronavirusa yoluxmada hiss olunacaq dərəcədə artım olduğunu müşahidə edirik. Biz gözlədiyimiz halla artıq qarşılaşmışıq. Yayda vəziyyətin nə qədər kritik olduğunu gördük və yaşadıq. Həkim və xəstə olaraq bu baxımdan bizim müəyyən qədər təcrübəmiz var. Bəziləri deyirdi ki, virus yoxdur, yaxud ağır olmur və s. Ona görə də artıq heç bir sual yeri qalmır. Bu, problemli bir vəziyyətdir və mütləq şəkildə problemin hara qədər gedib çıxacağını nəzərə almalıyıq. Düşünürəm ki, vəziyyət ağırlaşa bilər. Çalışmalıyıq ki, ağırlaşmalar olmasın, çünki indi hamımızın diqqəti hərbi əməliyyatlardadır".
H.Həsənzadə qeyd edib ki, hazırkı mövsüm və digər infeksiyaların yayılması yoluxmanın artması üçün şərait yardır: "Son zamanlar insanların maskadan o qədər də çox istifadə etmədiyini görürük. Mağazalarda və digər qapalı məkanlarda insanlar maskadan düzgün istifadə etmirlər. Girişdə maskanı düzgün taxırlar, içəridə isə çənəyə endirirlər. Hazırkı dönəmdə heç bir bəhanənin yeri yoxdur. Maskadan mütləq şəkildə düzgün istifadə edilməlidir. Küçələrdə insanlar kütləvi yerdə deyillərsə, digər insanlarla aralarında müəyyən qədər məsafə varsa, maskanı endirə bilərlər. Amma yaxınlıqdan, hətta 1-2 metr məsafədən insanlar keçirsə, mütləq şəkildə maska taxılmalıdır. Bundan əlavə, insanlar özlərində narahatlıq hiss edirlərsə, həkimə erkən müraciət etməlidirlər. Vəziyyətin daha da ağırlaşmasını gözləmək olmaz. Bəzi simptomların qripə və ya koronavirusa aid olduğunu ayırd etmək adi halda mümkün olmaya bilər. İstənilən simptom koronavirusun əlaməti ola bilər, bu baxımdan insanlar ehtiyatlı davranmalıdırlar".
Akqabay Mıradov

Sağlamlıq     Baxılıb: 1683   Tarix: 14 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

makiyaj etmek qaydalari hamilelikde qidalanma gelinlikler qışa hazırlıq badımcan qonaq otagi dizayni müalicəvi bitkilər eşq və məhəbbət kosmetika həmidə dolca qızlıq pərdəsi novruz bayramı sağlamlıq