"Vəziyyəti ağır olanlar arasında gənclər daha çoxdur" - Baş infeksionist

"Vəziyyəti ağır olanlar arasında gənclər daha çoxdur" - Baş infeksionistTaclı virus qurbanlarını seçmir, qarşısına çıxan hər kəsə silahını tuşlayır. Bu isə vəziyyəti daha da çətinləşdirir. Hazırda ölkəmizdə yoluxma üzrə rəqəm dinamikası yüksəkdir.
Koronavirusla aparılan yeni mübarizə tədbirləri, görülən işlərlə bağlı baş infeksionist Cəlal İsayev teleqraf.com-un suallarını cavablandırıb. Milli.Az müsahibəni təqdim edir:
- Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində asimptomatik xəstələrin müalicəsinin evdə aparılacağı barədə qərarın verilə biləcəyi açıqlandı. Sizcə, buna zərurət varmı?
- Xəstəliyi yüngül keçirən xəstələrin evdə müalicəsi çoxdan nəzərdə tutulmuşdu. Bu xəstələr ev şəraitində reabiltasiya olunaraq müalicə ediləcək. Hazırda xəstəxanalarımızda yer dan bir az çətinlik yarandığına görə bu cür xəstələrin ev şəraitində müalicəsinə qərar verilib. Hesab edirəm ki, bu, düzgün addımdır.
- Cəmiyyətdə test nəticəsi pozitiv çıxan şəxslərin yaxınları, yaxud hələ analiz cavabı gəlməyən insanlar başqaları ilə təmasda olduğu üçün narahatedici rəylər var. Bu situasiya ilə bağlı fikirləriniz nədən ibarətdir?
- Əgər kiminsə test nəticəsi pozitiv çıxırsa, ev şəraitində müalicə olunurlarsa, həmin şəxslə ailə üzvləri təmasda olmamalıdır. Minimal əlaqə ilə xəstəyə qulluq etmək olar. Bu prosesdə də maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir. Nəzərə alaq ki, hazırkı vəziyyətdə hər kəs potensial virus daşıyıcısı hesab olunur.
- Hər kəsi maraqlandıran bir məqam var: sərt karantin rejiminin nəticələrini nə vaxt görəcəyik?
- Bu infeksiyadır. Hesab etməyin ki, tədbirlər görüldükdə qısa zamanda xəstələrin sayı azalacaq. Bəli, bu tədbirlər xəstələrin sayını azaltmaq istiqamətində tətbiq olunur. Amma hava-damcı infeksiyası ilə mübarizədə görülən tədbirlərin nəticəsini tez bir zamanda hiss etmək mümkün deyil. Məsələn, dünən 352 yeni yoluxma faktı qeydə alındı. Çalışırıq ki, bu say 500 olmasın.
- Hazırda vəziyyət necədir? Yoluxma hansı yaş qrupu arasında üstünlük təşkil edir?
- Azərbaycan statistikasında gənclər arasında yoluxma halları daha çox qeydə alınır. Əvvəl deyirdik ki, 60 yaşdan yuxarı insanlar daha çox bu xəstəliyə yoluxur, ağır keçirir. Hazırda mənzərə dəyişib, vəziyyət ciddidir. Yoluxma müxtəlif yaş qruplarında bir qədər fərqlə müşahidə olunur. Vəziyyəti ağır olanlar arasında gənclər daha çoxdur. Bu isə koronavirusun bilinməyən tərəflərini aşkara çıxarır. Virus paralel olaraq hamilələrə də eyni təsiri göstərir. Hamilələrdə orqanizmdə mühüm dəyişikliklər olduğu üçün onlar özlərini daha çox qorumalıdır. Hələ ki, virusun dölə keçməsi ilə bağlı bizdə fakt qeydə alınmayıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1177   Tarix: 15 iyun 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy makiyajlari donlar 2026 kosmetika mehsullari sifahi xalq edebiyyati haqqinda arıqlamaq duzlu xəmir işləri yay geyim 2026 kosmetika gozellik porno tapmaca novruza aid səməd vurğun