"Vicdan haqqi" nın cazibədar aktrisası şəxsi həyatından danışdı: "Bağlanıram, ondan qurtula bilmirəm" – VİDEO+FOTOLAR

"Vicdan haqqi" nın cazibədar aktrisası şəxsi həyatından danışdı: "Bağlanıram, ondan qurtula bilmirəm" – VİDEO+FOTOLARGənc aktrisa, "Vicdan haqqi" serialının Nərgizi Ülviyyə Xəlilbəylinin Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Nədənsə, mənə elə gəlir ki, həyatda utancaq, sakit, qapalı birisən… Zənnimdə yanılmıram ki?
– Sakit, qapalıyam, amma həmişə yox. Elə məqamla qarşılaşa bilərəm ki, onda üzüm dönər. Hətta hamı məəttəl qalar ki, bu yəni həmin Ülviyyədir? Amma daha çox təmkinliyəm – dəymə mənə, dəyməyim sənə. Başımı aşağı salıb, öz işimi görməyi xoşlayıram.
– Hansı halda üzün dönər?
– Elə çəkildiyim serialı misal gətirim: Larisa bizim evdə olsaydı, o qədər səbr edə bilməzdim.
– Yəni səbrsizsən?
– Səbrliyəm, sadəcə olaraq o məqamda bu qədər tab gətirə bilməzdim. Yəni o qadın bizim evdə üç gün qala bilməzdi. Haqsızlığa dözmürəm. Bir dəfə, iki dəfə səbr edirəm, şans verirəm. Üçüncü dəfə də dözürəm, amma dördüncü dəfədə həmin adamın cavabını verirəm. Hətta həmin adam deyir ki, buna bax e, özünü yaxşı göstərirmiş, əslində belə deyilmiş. Həmişə "hə" deyəndə yaxşı olursan, bir dəfə "yox" deyəndə, olursan pis. Ona görə də dəmiri isti-isti döymək lazımdır.
– İnsanlarla baryer saxlayırsan?
– Mütləq, əks halda xoşagəlməz nəticələri ola bilər.
– Gözəlliyin sənə mane olur, yoxsa kömək edir?
– Mane olmur. Əslində, özümü gözəl hesab etmirəm. Normal, adi qızam.
– Səncə şarmın nədədir?
– Hə, deyilənə görə şarmım var. Hələ orta məktəbdən yaşıdlarımdan seçilirəm. Amma bilmirdim nəylə… Bəlkə xarakterimlə, bəlkə görünüşümlə… deyə bilmərəm. Sinif rəhbərimiz vardı, çox sərt qadın idi. Bizə sırğa taxmağa, dırnaq saxlamağa icazə verməzdi. Əsəbiləşəndə uşaqların əlini partaya qoyub, çubuqla vurardı. Bircə mənimlə işi yox idi. Hansı ki, mən saçımı boyamışdım; daha doğrusu, iki telimə "gölgə" atmışdım. Orta məktəbi bitirəndə ondan soruşdum ki, niyə bir dəfə də olsun məni cəzalandırmadınız, axı mən də sizin qaydaları pozurdum. Dedi ki, səndə bir xanım-xatınlıq var, heç nə bayağı görünmür, ona görə də səni cəzalandırmağa ürəyim gəlmədi.
– Bəs insanlar səni daha çox nəyə görə sevirlər: gözəlliyinə, yoxsa xasiyyətinə görə?
– Məni görünüşümə görə sevən adamların səmimiyyətinə inanmıram. Ola bilər ki, nəsə qəza baş verər və mən gözəlliyimi itirərəm. Həmin anda o adam məni atıb gedəcəksə, nəyimə lazımdır onun sevgisi? Sevgi bütöv olmalıdır, yarımçıq yox.
– Xilas olmaq istədiyin hansısa bir xüsusiyyətin var?
– Bir insana bağlanıram və ondan qurtula bilmirəm. Bu da mənim zamanımı alır. Çox pis xüsusiyyətimdir. İnsanı çətin unuduram. Bu, mənim zəif tərəfimdir.
– Hərdən fikirləşirəm ki, yəqin gözəl qızların kompleksləri olmaz. Sənin necə, komplekslərin varmı?
– Var, amma bunu demək istəmirəm.
– Utancaqlığın çəkiliş meydançasında sənə mane olmur ki?
– Hardasa mənə müsbət imic gətirir. Bəlkə də utancaqlığım olmasaydı, insanlarla məsafə saxlamasaydım, indiki hörməti qazana bilməzdim.
– Məsələn, rejissor desə ki, açıq-saçıq səhnəyə çəkilməlisən, razılaşarsan?
– Mən rola razılıq verməzdən öncə soruşuram, əgər orda açıq-saçıq səhnələr varsa, çəkilməyə razılıq vermirəm. Bəlkə də irad tutacaqsınız ki, peşəkar aktrisa bunu da bacarmalıdır. Hər kəs öz seçimini edə bilər, amma mən xoşlamıram.
– Başqa vaxt Hollivud aktrisaları ilə müqayisədən danışırıq…
– Biz o qədər inkişaf etməmişik. Lap etsəydik də, mən buna razılıq verməzdim. Mən hisslərimlə oynayan aktrisayam.
– Yəni bir öpüş səhnəsinə çəkilməzdin?
– Yox.
– Səni nə ruhdan salır?
– Nə gizlədim, depressiyaya meyilliyəm.
– Bəs səni depressiyadan nə çıxarır?
– Sevgi.
– Gözəl qızların ətrafında oğlanların da sayı çox olur…
– Amma gözəl qızların bəxti olmur. Onların şansına düşənlər istədiyinin tam əksidir. Başqasını deyə bilmərəm, məndə belədir.
– Sevgidə də bəxtigətirməyən olurlar?
– Hələ ki məndə gətirməyib. Tez-tez aşiq olan biri də deyiləm. Olanda da möhkəm bağlanıram.
– Nakam sevgi yaşamısan deyəsən?
– Hə.
– Günah kimdə olub?
– Heç kim öz ayranına turş demir. Hər kəs bir-birini günahkar sayır.
– Unutmusan onu?
– Bəzi insanlar var ki, həyatında yaşadığı uğursuzluq onu daha da güclü edir. Əslində, bizim ayrılmağımız səbəbsiz oldu. Mən çox qürurluyam.
– Sevgi elan edənlər çoxdurmu ?
– Çoxdur. Onları eşidirəm, görürəm, amma reaksiya vermirəm.
– Evli kişilər necə, eşq elan edir?
– İnsan özünü necə təqdim edirsə, ona elə də yanaşırlar. Mənə heç vaxt əxlaqsız təkliflər olunmayıb. Bir də düşünürəm ki, evli kişi subay xanıma niyə yaxınlaşmalıdır ki? Həyat yoldaşını atıb, mənimlə evlənəcək? Yoxsa mən onun ailəsini dağıdıb, xanımı olacam? Bu, mümkün deyil.
– Yəni heç məftunluğunu da bildirə bilməz?
– Bildirsin e, mənim də cavabım "təşəkkur edirəm"dən o yana keçməyəcək.
– Qısqancsan?
– Yerində. Hər halda kişi qısqanmaq üçün əsas verməməlidir.
– Xəyanətə görə ailəsini dağıdan qadınlara münasibətin necədir?
– Kişi nə qədər peşəkar olsa da, xəyanətini qadından gizlədə bilməyəcək. Özümə gəlincə, buna görə boşanmaram, amma kişiyə qan udduraram. Onun burnundan tökərəm.
– Qadın da var, xəyanətə görə ərindən boşanır…
– Azərbaycanda boşanmış qadına pis baxırlar. Qəşəng geyindisə, o saat bunu söz edirlər. Xoşagəlməz sözləri eşitməmək üçün məcbursan dözüb oturasan.
– Hərdən bu cəmiyyətin sənə görə olmadığını fikirləşirsən?
– Əslində, başqa cəmiyyətdə yaşasaydım tamam fərqli biri olardım.
– Səni nə qane etmir ki?
– İnsanların baxış bucağı xoşuma gəlmir. Üzdə "mentalitet" deyib, əslində, ətrafa oynayırlar. Amma içləri bir başqadır.
– Siyasi prosesləri izləyirsən?
– İzləyirəm, amma dərinliyə getmirəm.
– Əlində səlahiyyət olsaydı, nəyi dəyişərdin?
– Qadınlara şiddət göstərən kişiləri cəzalandırardım. Hərdən bu baxımdan qəddarlığım tutur.
– İçində deputatlıq iddiası baş qaldırır deyəsən?
– Heç vaxt ağlımdan belə keçməyib.
– Amma millət vəkili ola bilərdin?
– Bacarardım, mən şir bürcündənəm, "şirlər" idarəetməni yaxşı bacarır.
– Gənc bir xanım kimi əks-cinslə bağlı hansı sərt qərar verərdiniz?
– Gənc oğlanlarla bağlı ölçü götürərdim. Oğlanlar küçədə fırlanıb, qızın arxasınca baxır ha, onda çox qəzəblənirəm.
– Hər küçəyə əxlaq polisi də qoymaq olmaz axı.
– Hər halda, bunun qarşısını almaq üçün bir cəza nəzərdə tutulsa, yaxşı olar.

"Vicdan haqqi" nın cazibədar aktrisası şəxsi həyatından danışdı: "Bağlanıram, ondan qurtula bilmirəm" – VİDEO+FOTOLAR

Xəbərlər     Baxılıb: 7398   Tarix: 25 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

turlar.az

gözəllik məhsulları hamilelikde qidalanma geyim necə seçməli meyvələr kişi üzükləri kokteyl paltarlari xiyar tursusu kosmetika usaq seirleri sevgi masqalar aybawi cantalar