"Vicdan haqqı" nın məşhur aktrisasından DƏHŞƏTLİ XƏBƏR: Çəkiliş zamanı ürəyi dayandı
ATV-də yayımlanan "Vicdan haqqı" serialının Minayəsi, əməkdar artist Hicran Nəsirova ölümdən dönüb.
Xanim.az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktrisa serialın son çəkilişləri zamanı başına gələn hadisəni danışıb:
"Mən lap gənclik illərimdən bəri təbii oynamağa üstünlük vermişəm. Bu, mənim özümdən asılı deyil, serialı da real həyat hesab edirəm və olduğum kimi davranıram. Buna görə də uzun müddət hadisələrin təsirindən çıxa bilmirəm. Fikirləşirəm ki, Nərgizlə Fariz doğrudan da mənim nəvələrimdir. Hər səhnənin çəkilişindən sonra sarsıntı keçirirəm. Farizin özünü asdığı səhnə isə mənim ölümümlə nəticələnəcəkdi. Çünki rejissor "stop" deyən kimi halım pisləşdi, nəfəs ala bilmədim. Şok keçirtdim və… ürəyim dayandı. Sonradan bildim ki, ətrafımdakılar həyəcandan nə edəcəklərini bilməyiblər. Məni özümə gətirmək üçün üzümü sillələyib, ürəyimi masaj edib, süni nəfəs veriblər. Təsəvvür edin, sanki kənardan durub baş verənləri izləyirdim. Məni Allah saxladı, bəlkə də həmin vaxt tibbi yardım göstərilməsəydi, öləcəkdim. Hələ başqa bir səhnəni də deyim.. Ssenariyə görə, Nərgiz mənə əsəbi şəkildə çay gətirməliydi. Həmin səhnə çəkiləndə gərginlik yaşadım. Biranlıq fikirləşdim ki, bu qız doğrudan da nəvəmdir və onun mənə qarşı olan münasibətinə bax. Birdən məni necə hönkürmək tutdusa… O qədər ağladım ki, çəkilişi yarımçıq saxlayıb, məni güclə özümə gətirdilər".











Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz