Virus hər bir ölkədə 90% əhalini haqlamayınsa, əl çəkən deyil - Virusoloq alim

Virus hər bir ölkədə 90% əhalini haqlamayınsa, əl çəkən deyil - Virusoloq alim"Məndən hələ də bu virusun sonu barədə soruşurlar. Bəzi suallara cavab verməkdən yoruldum. Koronavirus barədə hamınızı maraqlandıran əsas suallara, məsələlərə gerçək bildiyim faktları və fikirlərimi toplayıb yazıram. Virus var, bunu heç kim dana bilməz".
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu açıqlamanı Vyetnamda monitorinq və sosial araşdırma bürosu olan, Yaxın Şərq ölkələri ilə əməkdaşlıq edən, bir çox Şərq dövlərində ofis nümayəndəliyi olan,rusiyalı mütəxəssis Marina Doye bildirib.
"Virus var, epidemiya var, amma bunun ətrafında cərəyan edən çaxnaşma, karantinin arxasında insanların həyatı, sağlamlığı qeydinə qalmaq yox, tamam başqa məqsədlər dayanır.
Kütləvi informasiya vasitələrini izləyin, baxın ki, hətta kiçik rəsmi və ya qeyri rəsmi informasiyanı necə dəhşətli dərəcədə təqdim edirlər. Ölümlər haqqında xəbərlər iri hərflərlə, qara haşiyədə, sanki nekroloq kimi yazılır.
İtaliyada 89 yaşlı ər-arvadın koronavirusdan ölümü elə xırda detallarına kimi təsvir olunur ki, sanki cavan oğlan xərçəngdən ölüb.
Bir bloger isə instagramda küçəsində yaşlı ər-arvadın ölümünə sanki ağı deyir. "Əvvəl ər öldü, sonra arvadı. Onların yaşadığı evin yanından keçməyə qorxuram. Evin divarını təzəlikcə rəngləmişdilər. Yazıqlar"....
Başa düşmürəm, bu bloger bu vaxta kimi məhəlləsində hər ölən üçün belə ağı deyirdi. Bəlkə də bu vaxta kimi qonşuluğunda infarktdan, insultdan ölən 56 yaşlı kişidən xəbərsiz idi. Bəli, ölüm qorxuludur. Hər yaşda. Amma İtaliya, ABŞ mətbuatı bu vaxta kimi hansı xərçəng xəstəsinin ölümünü, son anını, tabunu çəkib təsvir edib. O ölənlər vətəndaş deyildi?
- Bu virusun müalicəsi yoxdur - Hansı qripin müalicəsi var ki. Herpesin, papilomanın müalicəsi varmı? Yox. O zaman niyə koronavirus qabardılır?
- "Filan qədər insan bu gün koronavirusdan öldü" - Virusdan heç kim ölmür, virusun ağırlaşmasından ölürlər. Hansı ki, o insanlar adi bir qrip həmləsindən də gedəcəkdilər. Çünki orqanizmləri bu dərəcədə çöküb.
- "Vaksin çıxan kimi, bəla bitəcək" - Xeyr. Vaksin sağlam insanlara vurulur və o da ömürlük müdafiə deyil. Qrip vaksini də vuranda, həkimlər 100% söz vermir və vaksin vurulan adam qripə yoluxa bilir.
- "Evdə oturun ki, virus azalsın" - İnsanları bir əsr bağlı qapılar arxasında saxlasaz da, onlar çıxan kimi yenidən epidemiya başlayacaq. İstənilən epidemiya bir ölkədə əhalidə həmin virusa qarşı kollektiv immunitet yarandıqdan sonra sönməyə doğru gedir. Bu təbiətin qanunudur. Hazırda 30% insan yoluxubsa, bu rəqəm 70% ə qalxmalıdır. 75% insan koronavirusu keçirib və bundan xəbər tutmayacaq. Amma immuniteti yaranacaq.
Bu gün karantin elan edə ölkələrdə karantini ləğv olunandan sonra epidemiyanın ikinci dalğası başlayacaq. Bunu bilmək üçün alim olmaq lazım deyil. Virus hər bir ölkədə 90% əhalini haqlamayınsa, əl çəkən deyil.
" İtaliyanın gününə düşmək istəyirsiz?"- Az qala məsələ çevrilib. Bir qorxu misalıdır İtaliya. İtaliya öz əlləri ilə quyusunu qazdı. İşə yaramayan və təhlükəsizlik sistemi olmayan xəstəxanaları daxilində virusu çoxaldıb ətrafa yaydı. İtaliyada virusu bu həddə xəstəxanalar və tibbi personal oldu. Epidemiyanın başlanğıcında minlərlə insanı xəstəxanaya daşıyıb ordaca yoluxdurdular".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 938   Tarix: 03 fevral 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

yay geyimləri 2026 geyim dəbləri sade makiyaj sekilleri paltar modelleri cinsi infeksiyalar uz maskalari şalvar modelləri kosmetika qoğalın nağlı nizami gəncəvi baliq burcu meseller burclerin uyumu