Vitaminlərin aşırı dozada qəbul edilməsi orqanizmdə fəsadlara səbəb ola bilər

Vitaminlərin aşırı dozada qəbul edilməsi orqanizmdə fəsadlara səbəb ola bilərÖzümüzü halsız, yorğun hiss edəndə orqanizmdə vitamin çatışmazlığı olduğunu düşünürük. Bunu təmin etmək, immuniteti gücləndirmək üçün vitamin kompleksləri qəbul edilir. Bu isə müxtəlif xəstəliklərə səbəb ola bilər. Məsələn, həkim məsləhəti olmadan qəbul edilən A vitamini qaraciyər, C vitamini böyrək və mədə üçün təhlükəlidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Nərgiz Kərimova deyib: "Vitaminlərin qəbul olunması xəstəliklərin gedişini daha da yüngülləşdirir. Lakin bəzi xəstəliklər var ki, bu zaman vitaminlərin həkim məsləhəti olmadan qəbulu fəsadlar törədə bilər. Məsələn, allergik xəstəlikləri olanlarda müəyyən vitaminlər, xüsusilə C vitamini daha çox reaksiya yarada bilər. Son vaxtlar D vitaminin qəbul edilməsi xüsusilə çoxalıb, bu da bəzən vitamin artıqlığına səbəb olur".
Araşdırmalar göstərir ki, çoxlu vitamin qəbulu prostat xərçənginin yaranmasına da aparıb çıxar bilir: "Elə insanlar var ki, onlar orqanizm daxilində nələr və hansı miqdarda olmağından xəbərsizdirlər. Bu zaman onlar vitaminləri qəbul edərək onkoloji prosesləri sürətləndirir və həmin proseslər vitaminlərin köməyi ilə daha sürətlə gedir. Aşırı dozada B vitaminlərinin qəbulu onkoloji xəstəliklərin sürətlənməsinə səbəb ola bilər. Bundan başqa K, A və E vitaminlərinin qəbul edilməsi də orqanizmdə müəyyən toksiki problemlərə səbəb ola bilər", - deyə müsahibimiz bildirib.
İnsan xəstələndiyi zaman ilk olaraq C vitamininə müraciət edir, ancaq onun yüksək dozada və uzun müddət qəbul edilməsi oksalat daşlarını formalaşdıra bilər. Anemiya xəstəlikləri zamanı dəmirlə birlikdə C vitamini tövsiyə edilir. Həkim-terapevtin dediyinə görə, ancaq dəmir yığını olan hemokomotoz vəziyyətlərdə və hemolitik anemiyalarda həmin dərmandan istifadəsi tövsiyə edilmir: "Bütün vitaminlər kimyəvi maddələrdən təşkil olunub. Vitaminlərdən istifadə edərək xəstəliklərin qarşısını almaq üçün bunu təbii yolla meyvə-tərəvəzlərdən düzgün istifadə etməklə də balansı normallaşdırmaq olar".
Vitamin qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. İmmun sistemini gücləndirmək üçün ən yaxşı üsul təbii yollarla vitamin ehtiyacını ödəməkdir. Mövsümə uyğun qəbul edilən təbii şirələr ən zəngin vitamin və mineral qaynağıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 943   Tarix: 23 yanvar 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qaşların formalari hamiləlik aksessuarlar yay geyimleri faydalı məlumat toy ideyalari hepatitlər kosmetika banan video balıq muellim seiri burclər