Vüqar gənc meyxanaçıları tənqid etdi
"Son zamanlar efirə getməyi xoşlamıram. Azərbaycan layihəsindən sonra başladım işlər görməyə. Deyirdim, Yeni ilə çatdırım, amma alınmadı. Əliboş efirə getməyi sevmirəm".
azxeber.com "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov "Səhər mərkəzi" proqramında deyib. Sənətçi yeni işi olmayanda proqrama qatılmağı sevmədiyini deyib.
Əbdülov veriliş zamanı da mahnı oxumaqdan imtina edib:
"Elə aparıcılar var ki, şəxsi suallar verirlər. Gündəmdə yaşanan hadisələrlə bağlı suallar verirlər. Mən də bunları xoşlamıram".
Uzun müddətdir meyxanadan uzaqlaşması haqda suala Əbdülov "Cavanlar var, daha aqresivdilər. Başqa tərzdə deyişirlər. Məndə klassik meyxanadır. Mən öz yaşıdlarımla meyxana deyirəm. Ağasəlimlə meyxana deyəndə deyirdi sürətlə demə. İndikiləri də mən çatdırıb tuta bilmirəm. Meyxananı yanıltmac kimi ediblər. Normal ritmdə deyirəm, tez-tez deyəndə fikir çatdırmaq olmur" cavab verib.









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar