Vüqarı BİABIR ETDİLƏR: söz verdi...
Müğənni Vüqar Muradov "Qarabağ"ın qalib gəldiyi təqdirdə ona ilk yazan üç izləyicisinin toyunda 1 saat pulsuz oxuyacağını demişdi.
Axşam.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsindən sonra sənətçi üç izləyicisinin ona göndərdiyi mesajın fotosunu paylaşaraq, sözünün üstündə duracağını bildirmişdi.
Bu günlərdə isə Vüqarın E.Cəfərova adlı izləyicisi redaksiyamıza sənətçi ilə bağlı şikayət göndərib. O bildirib ki, Muradov vədinə əməl etməyib və onları aldadıb:
"Sentyabrın 5-də toyumuz var idi. Vüqar bəylə danışdım ki, alınsa gələrsiniz. Ona atamın nömrəsini verdim. Atama zəng edib şadlıq sarayının yerini soruşdu və gələcəyini dedi. Hətta bizə dedi ki, yoldayam. Düzdür, həmin vaxt bizə zəng vurub, 20 dəqiqə eşitməmişik. Sonra geri yığdıq ki, gəlin, 1 saat söz vermisiniz, 20 dəqiqəsini ona çıxarsınız. Sonra dedi ki, gəlirəm. Nə qədər gözlədik gəlmədi. Zəng vurduq cavab vermədi. Vüqar Muradov dediyi kimi sözünün ağası olmadı. Sosial şəbəkədə ona bu haqda yazdım səhifəmi qara siyahıya atdı. Onun bu sözləri reytinq və insanların sevgisini qazanmaq üçün idi".











Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin