"Whatsapp"dan MÖHTƏŞƏM YENİLİK
WhatsApp" tərtibatçıları əlavədə istifadəçinin real vaxt rejimində yerləşdikləri yer barədə məlumatı qeyd etmək imkanını reallaşdırıblar.
Axşam.az lent.az-a istinadən xəbər verir ki, messencerin rəsmi bloqunda bildirilir ki, geoməlumatlar istifadəçinin harada yerləşdiyi barədə məlumat verməsi üçün ən etibarlı və sadə vasitədir:
"Siz dostlarınızla görüşmək, onlara sizin təhlükəsiz yerdə olduğunuz barədə məlumat vermək və öz istiqamət marşrutunuzu bölüşmək üçün geoməlumatlardan istifadə edə bilərsiniz".
Geomövqenin yayımı şifrələnmə ilə müdafiə olunub və istifadəçiyə onun məhz kiminlə - bu, hər hansı əlaqə nömrəsi və qrup da ola bilər, - həmçinin hər hansı vaxta qədər və müddət ərzində məlumatların bölüşməsini müəyyən etməyə imkan verəcək.
Geomövqenin ötürülməsi ilə bağlı məlumatı istənilən zaman söndürmək mümkündür.
Geomövqe ilə bölüşmək üçün istifadəçi əlaqə çatını və ya qrupu açmalı, "əlavə etmək" düyməsini basıb "Yerləşdiyi yer" bəndini əlavə etməli və "Geoməlumatları bölüş" seçimini etməlidir. Həmçinin yerləşdiyi yer barədə məlumatın hansı müddətdə yayımlanmasını da seçmək mümkündür. Əgər bir neçə iştirakçı geomövqelərini bölüşəcəklərsə, onlar o zaman eyni xəritədə əks olunacaqlar.
"WhatsApp"da bildirirlər ki, yeni funksiya yaxın həftələrdə "Android" və iOS əməliyyat sistemlərində istifadəyə veriləcək.
Qeyd edək ki, geoməlumatların yayımı "Telegram" messencerində də mövcuddur.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin