Xalq artisti Könül Xasıyevanın son halı ÜRƏK DAĞLADI - VİDEO
Dünən və bu gün bəzi saytlarda xalq artisti Könül Xasiyevanın dünyasını dəyişməsi haqda xəbərlər yayıldı. Ardınca da sosial şəbəkələrdə xəbərlər çoxaldı. Sonradan isə xalq artisti video müraciət ünvanlayaraq səhhətində problemlər olduğunu, amma sağ olduğunu bildirdi. Sənətçi bu gün xəstəxanaya aparıldığını, müayinədən sonra evə buraxıldığını deyib.
Xanim.az xezerxeber.az-a istinadən bildirir ki, xalq artisti, muğam ifaçısı Könül Xasıyevannın səhhətində problem olduğu haqda məlumatlar var idi. Amma dünən və bu gün bir neçə saytda və sosial şəbəkələrdə guya xalq artıstinin dünyasını dəyişməsi haqda xəbərlər yayıldı.
Sənətçinin evinə üz tutsaq da, onun xəstəxanaya aparıldığını dedilər.. Bildirdilər ki, səhəttindəki problem davam edir, lakin sənətçi sağdır. Telefon danışığında da xalq artisti bizə yaxşı olduğunu təsdiqlədi. Ardınca isə videomüraciətini göndərdi.
Xalq artisti hər kəsə və özünə can sağlığı arzulayıb.
Mətbuat Şurasının İdarə heyətinin üzvü Vüqar Rəhimzadə isə xalq artistinin ölümü ilə bağlı yalan məlumatlar yayan saytların etikadan kənar hərəkət etdiklərini bildirib.
Vüqar Rəhimzadə hesab edir ki, yalan informasiyalar yayan mənbələrlə bağlı hüquq mühafizə orqanları hüquqi çərçivədə ölçü götürməlidir.









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir