Xalq artistinə HÜCUM ETDİLƏR - FOTOFAKT
Xalq artisti Faiq Ağayevin İnstaqram səhifəsi naməlum şəxslər tərəfindən oğurlanıb.
BiG.AZ xəbər verir ki, bu barədə xalq artisti özü məlumat verib.
Sənətçinin profilini oğurlayan şəxslər canlı yayım təşkil edib:
"İnstaqram hesabım oğurlanıb. Yalan məlumatlar yayırdılar. İndi də hesabım deaktiv edilib".
Xalq artisti profilin geri qaytarılması üçün lazımi orqanlara müraciət etdiyini də qeyd edib.