Xalqın sevimlisi olub, 'xalq artisti' adı olmayan məşhurlar - SİYAHI

Xalqın sevimlisi olub, 'xalq artisti' adı olmayan məşhurlar - SİYAHIAzərbaycanda mədəniyyət və incəsənət nümayəndələrinə fəaliyyətlərinə görə "Xalq artisti", "Əməkdar artist" kimi fəxri adlar verilir.
Fəxri ad məsələsi hər zaman sənət adamlarının və ictimaiyyətin müzakirəsinə hətta mübahisəsinə səbəb olan mövzuya çevrilir. Elə son günlər də bu mövzu istiqamətində müzakirələr yenidən aktualdır. Akif İslamzadənin xalq artisti adı olmaması cəmiyyətdə müzakirə edilən məsələlərdəndir. Sənətkar bir neçə gün öncə Prezidentin sərəncamı ilə "Şöhrət" ordeni ilə təlif edilib. O açıqlamasında bu təltifə görə Dövlət başçısına və Azərbaycan xalqına təşəkkürünü bildirib. 
azxeber.com xalq artisti adı olmayan, lakin xalqın sevgisini qazanan bəzi məşhurların siyahısını təqdim edir: 
Aybəniz Haşımova
Xalqın sevimlisi olub, 'xalq artisti' adı olmayan məşhurlar - SİYAHIXalqın sevgisini qazanan tanınmış sənətçi Aybəniz Haşımova 22 avqust 1968-ci ildə Gəncə şəhərində anadan olub. O Azərbaycan Respublikasının əməkdar artisti, "Bülbüllər" qrupunun yaradıcısıdır. Aybəniz Həşimova müsahibələrinin birində 1979-cu ildən səhnədə olduğunu söyləyib. 
O Bülbül adına məktəbdə təhsil alarkən dahi sənətkarımız Şövkət Ələkbərovanın muğam sinfinə daxil olub. Onun ilk tələbələri sırasında üç qızdan biri olub. Bir müddət sonra məktəbin direktoru Nazim Əliverdibəyovdan bəstəkarlıq dərsləri alıb. Aybəniz Haşımovanın tələbələri ölkəmizi dünyanın ən nüfuzlu musiqi müsabiqələrində təmsil edib, mükafata layiq görülüb.
Aybəniz Haşımova hər zaman müsahibələrində sənətə gəldiyinə görə Ulu Öndər Heydər Əliyevə minnətdar olduğunu deyib, o Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley ilində bir neçə konsert verib. Əməkdar artist ötən il Şuşada baş tutan "Xarıbülbül" festivalında tələbələri ilə birlikdə "Vətəndən pay olmayır" mahnısını ifa edib və ən böyük arzularından birinə çatdığını deyib. 
O hazırda "Sənət Akademiyası"nın rəhbəridir. Aybəniz Haşımovanın həyat yoldaşı "Vətən uğrunda" medalı laureatı Xalid Quliyev Qarabağ uğrunda döyüşlərində şəhid olub. 
Zakir Əliyev
Xalqın sevimlisi olub, 'xalq artisti' adı olmayan məşhurlar - SİYAHISənətçi 1968-ci ildə Neftçala rayonunun Xolqarabucaq kəndində doğulub. Bülbül adına orta ixtisas musiqi məktəbində professor Arif Babayevin sinifində muğam təhsili alıb. Bununla yanaşı, Şövkət Məmmədova və İslam Rzayev onun müəllimləri olub. Zakir Əliyev Mədəniyyət və İncəsənət Universitetini bitirib.
1985-ci ildə Moskvada keçirilən "Gənclərin və tələbələrin XII ümumdünya festivalı"-nın diplomantı olub. Həmin dövr üçün böyük uğurlardan biri "Leyli və Məcnun" əsərini Moskvada Bolşoy teatrda da ifa etməsi olub. 1998-ci ildə Sumqayıt şəhərində Səid Rüstəmov adına 3 saylı musiqi məktəbində xanəndəlik fənnini tədris edib.
Sonra isə 2005-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbində xanəndəlik fənnini tədris etmişdir.
2009-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetində, Muğam kafedrasında müəllim kimi fəaliyyətinə davam edib. 2015-ci ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin, Muğam kafedrasında baş müəllim vəzifəsində çalışır. Muğam ifaçısı 2013-cü ildə Azərbaycan Respublikasının "Əməkdar Artisti" fəxri adını alıb.
Firuzə İbadova
Xalqın sevimlisi olub, 'xalq artisti' adı olmayan məşhurlar - SİYAHIMüğənni Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. 1963-cü ildə uşaq yaşlarında səhnəyə gələn müğənninin ilk oxuduğu ansambl Əfsər Cavanşirovun xoru olub. Uzun illər "Azkonsert"in, "Dan ulduzu" ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışıb. Firuzə İbadova görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi kimi də tanınır.
Nuriyyə Hüseynova
Xalqın sevimlisi olub, 'xalq artisti' adı olmayan məşhurlar - SİYAHINuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə beynəlxalq müsabiqələrə qatılıb və dövlət konsertlərində uğurla çıxış etmişdir. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllimə çalışır. 1995-ci ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir. 2000-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. Nuriyyə Hüseynovanın həyat və yaradıcılığından bəhs edən "Qəlbi asiman kimi" və "Sən olmasaydın" adlı kitablar çapdan çıxıb. 2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının "Əməkdar artisti" fəxri adına layiq görülüb. 2021-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.
Aygün Bəylər
Xalqın sevimlisi olub, 'xalq artisti' adı olmayan məşhurlar - SİYAHI22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988 ildə yaradılan Azərbaycan Dövlət uşaq filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə filarmoniyaya qəbulunu keçirir. 13 yaşlı Aygun filarmoniyaya qəbul edilir. Professional səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk professional çıxışlar, xarici ölkələrə , müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.
Görkəmli sənətkarlar - Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan muğamın incəliklərini öyrənir.
2002-ci ildə "Əməkdar Artist" fəxri adına layiq görülüb.
O dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edib. 
Teymur Əmrah
Xalqın sevimlisi olub, 'xalq artisti' adı olmayan məşhurlar - SİYAHITeymur Əmrah 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirov olub.
1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb. 1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda Solo konsert keçirib. 2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı solo konserti keçirilib. Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs demişdir. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında Solist kimi fəaliyyət göstərmişdir.
Hazırda Azərbaycan Televiziyası və Radiosunun solistidir. 2012-ci ildən Azərbaycan Respublikasının "Əməkdar artisti"dir.
Şəbnəm Zahir

Şou Biznes     Baxılıb: 1246   Tarix: 17 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

.

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Türkiyəli aktrisa Yasemin Ergene 17 illik fasilədən sonra sənətə qayıtmağa hazırlaşır. xəbər verir ki, aktrisa yeni mövsümdə yayımlanması planlaşdırılan "Tuzlu kahve" serialında rol alacaq və layihədən yüksək qonora

.

Burak Özçivit bacısının toyuna getmədi

Türkiyəli aktyor Burak Özçivitin bacısı Burçun Özçivit Samsun vilayətinin Bağra rayonunda ailə qurub. Türkiyə mətbuatın xəbər verir ki, Burçun Bafrada baş tutan mərasimə atası Bülent Özçivitin qoluna girərək daxil olub. Toyd

.

Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq

Televiziya aparıcısı Elgiz Əkbər həftə içi 5 gün öz "YouTube" kanalında veriliş aparacaq. xəbər verir ki, o, özü bu barədə məlumat verib. Elgiz Əkbər bildirib ki, istənilən mövzu ilə bağlı ona müraciət etmək mümkündür:

.

Elşad Xosedən yeni paylaşım - FOTO

Reper Elşad Xose uzun aradan paylaşım edib. xəbər verir ki, reper "İnstaqram"da üzünü göstərməyib və əlinin fotosunu paylaşmaqla kifayətlənib. Qeyd edək ki, o, bir müddət əvvəl hesabındakı bütün paylaşımları silib

.

Əvvəl "Səfir" idi, indi "Abi

Türkiyənin məşhur aktyoru Erdal Küçükkömürcü "Daha 17" serialının heyətinə daxil olub. "Pastel Film" tərəfindən hazırlanan və "Kanal D"də yayımlanan serialın 15-ci bölümündən etibarən Küçükkömürc

.

"Ana-oğul" arasındakı 9 yaş fərqi müzakirə yaratdı

Türkiyənin Adana şəhərində "Güneşin doğduğu yer" adlı yeni serialın çəkilişlərinə başlanılıb. xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb. Serialda məşhur aktyor və aktrisalar - Burak Özçivit, Sibe

.

Nadir Qafarzadədən nəvəsi ilə bağlı paylaşım - FOTO

Müğənni Nadir Qafarzadə öz adını daşıyan nəvəsi ilə paylaşım edib. . İfaçı nəvəsi ilə çəkdirdiyi fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, N.Qafarzadənin iki oğlu və iki nəvəsi var. /

.

Polat Alemdar' oğulları ilə

"Kurtlar Vadisi" serialında canlandırdığı "Polat Alemdar" obrazı ilə məşhurlaşan Necati Şaşmaz uzun aradan sonra sosial media hesabında paylaşım edib. Aktyor oğulları Ali Nadir və Yusuf Emir ilə gəzintisində

.

Məşhur müğənni barədə istintaq başladıldı

Türkiyədə müğənni Mabel Matiz haqqında "Ha Leylim" mahnısına görə öz təşəbbüsü ilə istintaq başladılıb. xarici mətbuata istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, rəqəmsa

turlar.az

makiyaj etmek qaydalari reseptler donlar 2026 ariqlamaq ucun yasil cay toy qabağı yumurta qabiginin xeyri qisa saclarin yigilmasi kosmetika faydalı bilgilər azərbaycan heyati qu quşu qurd xəstəliklərinə qarşı mualicə