Xanımlar DİQQƏT! Keratin ÖLÜMƏ APARIR ?

Xanımlar DİQQƏT! Keratin ÖLÜMƏ APARIR ?Keyfiyyətli nəticə ustanın vicdanından asılıdır

Son vaxtlar qadınların daha çox maraq göstərdiyi sahələrdən biri də saçların keratin ilə düzləşdirilməsidir. Xanımlar tərəfindən rəğbətlə qarşılanan keratin düzləşdirilməsi qısa müddət ərzində kişilərin diqqətini də çəkməyə başlayıb. Bu gün kişilər arasında keratin düzləşdirilməsi qadınlar qədər geniş yayılmasa da, hər halda bunu etdirənlər də az deyil.

Keratin düzləşdirilməsinin nə kimi fayda və ziyanlarının olması haqqında isə çox az məlumat var. Belə ki, keratinlə düzləşdirməyə meyl edən insanlar xüsusən saçlarının düz, baxımlı və canlı olmasını arzu edir və fayda, ziyanları haqqında heç nə düşünmür. Əksər insanlar saçlara tətbiq olunan kimyəvi maddələrin zərərindən çəkindiyi halda, bəzi insanlar buna fikir belə vermir.

Saçlara keratin tətbiq olunması üsulu Braziliyaya aiddir. Elə buna görə də Braziliya keratini keratinlər arasında ən məşhuru və geniş istifadə olunanıdır. Qiymətləri hər nə qədər əl yandıran olsa da, buna baxmayaraq, müraciət edənlər kifayət qədərdir. Salondan asılı olaraq keratinin qiymətləri dəyişir. Əslində tətbiq olunan hər keratinə keyfiyyətlidir demək olmur. Çünki hər yeni çıxan və tanınan məhsulun ardından onun keyfiyyətsiz oxşarlarının yayılması çox rast gəlinən bir haldır. Bu isə bəzi işbaz salonların işinə yarayır ki, daha ucuz qiymətlə müştəri cəlb etsin. Sonradan saçın hansı vəziyyətə düşməsinin məsuliyyəti isə salonlara aid deyil.

Əvvəllər saçına keratin tətbiq etmiş İradə xanımın sözlərinə görə, keratin edilən saçlar bir müddət normal görünüşdə qalır. Qısa müddətdən sonra isə keyfiyyətini itirir: "Yaxşı, tanınmış salonlardan birinə getmişdim. Keratindən 1 ay sonra saçlarını boyamağa icazə verdilər. Xüsusi biri 40 manata olan şampundan da istifadə etdim. Amma 6 ay deyil, heç 3 ay da qalmadı. Nə dəniz suyuna vurdum, nə şampunumu dəyişdim. İndi də yuyub fenlə quruduram. 120 manat havaya sovruldu".

Keratin tətbiq edən salonlardan birinin işçisi Vəfa Musayevanın sözlərinə görə, keratin ziyanlı deyil. Əksinə saçı qidalandırır, bərpa edir, möhkəmləndirir. Keratinlənən saçın qorunma üsullarına fikir verilmədən boş yerə keratin elətdirmənin bir mənası yoxdur. Belə saçlar qısa müddətdən sonra keyfiyyətini itirəcək. Salonun və edən ustanın əlinin bacarığından da çox şey asılıdır: "Bizdə keratinin qiyməti saçın uzunluğundan asılı olaraq dəyişir. Keyfiyyətinə zəmanət veririk. Sağlamlığa zərərləri ola bilən ucuz bir sıra vəsaitlərlə edilən keratin yükləməsi əlbəttə, qiymət olaraq da ucuz olacaq. Bu baxımdan saça keratin yükləməsi etdirmədən əvvəl istifadə olunan məhsulların beynəlxalq keyfiyyətinə diqqət yetirmək lazımdır".

Saçların quruluşu keratin maddəsindən ibarətdir. Saçların həddən artıq soyuq, yaxud istiyə məruz qalmasından, iqlim dəyişikliklərindən, irsi xəstəliklərdən, mövsüm dəyişikliyindən zamanla saçlarda olan keratinin miqdarı azalır. Bu zaman saçlar cod, tez qırılan, kobud, keçə kimi, baxımsız olur. Keratin yükləməsi isə saçlarda azalan keratinin xarici müdaxilə ilə saçlara geri qaytarılması məqsədi ilə tətbiq edilən saç baxımı texnikasıdır. Keratin ilə bəslənən saçlar daha parlaq, güclü və gur olur. Qırılmalar azalır, möhkəmlənir və müalicəvi effekt daşıyır.

V.Musayeva bildirir ki, hər salonun keratin tətbiq etmək üsulu ayrıdır. Elə salonlar var ki, keratini tətbiq edir və 3 gün saçların yığılmasına, yuyulmasına, fenlənməsinə icazə verilmir, "saçlar tez-tez daranıb düz saxlanılmalıdır" şərti qoyulur. Elə salonlar da var ki, keratin tətbiqindən sonra müştəri evə buraxılır və prosedur tamamlanmış sayılır: "Saç xüsusi keratin şampunu ilə yuyulduqdan sonra dəsmalla suyu alınır. Saça parça-parça keratin kremi sürtülür və klimazon və ya mizampli adı verilən xüsusi yuma cihazlarında 10 dəqiqə gözlədilir. Daha sonra su ilə isladılaraq həssaslıqla yuyulur. Dəsmalla saçı qurutduqdan sonra saçın üzərinə bitki mənşəli başqa bir keratinli krem sürtülür. Təkrar maşında 5-10 dəqiqə gözlədilib, durulanır. "Beləcə yanmış və köhnəlmiş saça keratin yükləməsi edərək saçın yenilənməsini təmin edilir. Refle və bunun kimi kimyəvi maddələrlə zədələnən saça keratin tətbiqi çox yaxşı təsir göstərir. Əksər salonlarla keratin kremləri sürtüldükcə saçlar ütü feni kimi xüsusi fenlə maşalanır".

Keratin iki məqsədlə edilir. Birincisi, müalicə məqsədi ilə edilən keratindir ki, bu zaman saçlar müalicə olunur və bu keratinin düzləşdirilməyə bir aidiyyatı yoxdur. Digəri isə müalicə xarakteri daşısa da eyni zamanda düzləşdirir. Keratin insan orqanizmdə olan zülal və amin turşusundan əldə edildiyi üçün saça zərər verməsi mümkün deyil. Saçlarda qalma müddəti isə 4 ilə 6 ay arasındadır. Günəş, dəniz, xlorlu hovuz suyu, yüksək istilikdən və suyun codluğundan keyfiyyətini itirən keratinli saçları qorumağın tək yolu onlar üçün ayrılan xüsusi şampun və balzamlardan istifadə edilməsidir.

Saç ustası qeyd edir ki, keratindən 100% razı qalan insan olmur. Çünki keratin saçları bərpa edir, onları gəlincik saçı kimi ideal etmir. "Hansı salon desə ki, saçlarınıza zəmanət vermirik, o salonun işi ölər. Müraciət edən olmaz. Keratinləşdirilmə işi Türkiyədə bizim pulla 40-50 manata edilir, çünki orda keratin maddəsi ucuzdur. Amma bizdə bahadır. Ona görə də məcburuq qiyməti 100 manatdan baha edək" deyən həmsöhbətimizin sözlərinə görə, keratinlənən saçların effekti nə salondan, nə ustadan, nə qiymətdən asılı olmur. "Hər şey ustanın vicdanından asılıdır. Almaniya keratini var, Braziliya keratini var, Yaponiya keratini var, bir də var "milli" keratin. "Milli" keratin işbazların satdığı keyfiyyətsiz, təqlid edilmiş keratindir. Təbii ki, belə keratinlər saçlara müalicəvi və düzləşdirici effekt verməz. Ona görə, keratin işi sırf şansa bağlıdır. Hansı usta keyfiyyətli keratindən istifadə edirsə, o saçlar daha mükəmməl olur".

Sağlamlıq     Baxılıb: 2561   Tarix: 27 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

yaz geyimleri 2026 aksessuarlar sac duzumleri toylar masaj ataya aid atalar sozleri qış ayaqqabıları kosmetika video vətənə aid rus dili 2ci ders azerb clpaq qadinlari novruza aid hakistalar