Xankəndi ölü şəhərə çevrilir - Ermənilər qaçırlar - FOTO
Xankəndi... Dağlıq Qarabağdakı terrorçu xuntanın mənzilləndiyi qədim Azərbaycan şəhəri. Azərbaycan Ordusunun artilleriya və aviasiya zərbələri nəticəsində hərbi infrastrukturun, militar obyektlərin dalbadal məhv edildiyi bir məkan.
Xəyulələr şəhərinə çevrilməkdə olan bir yer. Küçələr boşalır, dükanlar, kafelər və restoranlar tədricən qapadılır.
Daha dəqiq yazsam, şəhərdə artıq bütün dükanlar bağlıdır. Xankəndinə gələn əcnəbi jurnalistlər siqaret və konserv, hətta çörək almağa yer arayırlar.
Hansısa dükanın hələ açıq qalması xəbərini əcnəbi jurnalistlər sevinclə, dərhal, hərbi parol kimi paylaşırlar.
Mütəmadi səslənən hava hücumu siqnalları şəhəri silkələyir. Və onda adama elə gəlir ki, o siqnal, o sirena səsi indi kimsənin yığışdırmadığı zir-zibili şəhər küçələri ilə süpürləyir.
"Səmra" kafesi. Şəhərdə hələ qismən işləyən üç kafedən biri. Kafenin sahibləri üç il əvvəl Suriyanın Hələb şəhərindən Dağlıq Qarabağa, Xankəndinə köçmüş suriyalı ermənilərdir.
Müştərilərə bir menyu təklif olunur: "Nə var, onu hazırlamışıq".
Xankəndi küçələrində səki ilə gedən adam görmək müşkül məsələdir. Əvəzində maşınlar çoxdur. O maşınların tam əksəriyyəti şəhərdən qaçan, Ermənistana köç edənləri "Təxliyyə məntəqə"lərinə çatdırır. İctimai nəqliyyat işləmir, çünki bütün avtobuslar sakinlərin Ermənistana daşınmasına cəlb olunub.
Şəhər boşalır. Çox az erməni Xankəndidə qalıb və evlərin zirzəmilərində gizlənirlər.
Mobil rabitə çox pis işləyir. Şəhərdə qalanlar mobil telefonlarda xəbərləri oxuyurlar.
Onlar hələ nəyəsə ümid edirlər...
Elçin Alıoğlu
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Rusiya Puqaçovanı ölkəyə qəbul edəcəkmi?
Murat Övüç azadlığa çıxdı
Oğlum evlənməyə qız tapa bilmir
40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar
14 il sonra boşandılar
Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır
Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA
Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası
Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları
Roza "JARA"da səhnə alacaq
Mənə dedi ki, sənə nifrət edirəm