Xaş həqiqətən orqanizmə deyildiyi qədər fayda verirmi? - AÇIQLAMA

Xaş həqiqətən orqanizmə deyildiyi qədər fayda verirmi? - AÇIQLAMA"Kollagen orqanizmimizdə dəri, oynaqlar və vətərlərin sağlamlığı üçün ən vacib zülaldır. Bir çox insanlar onun ehtiyatlarını bərpa etmək üçün xaş, xolodes və ya sümük bulyonu kimi kollagenlə zəngin qidalar qəbul etməklə kifayətlənə biləcəklərini düşünürlər. Ancaq bu fikir yanlışdır".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı bioloq, inteqrativ ortomolekulyar tibb həkimi və nutrigenetik Andrey Zolotaryov bildirib.
Onun sözlərinə görə, orqanizm üçün heyvan kollageninin böyük molekulunu həzm etmək son dərəcə çətindir.
"Təkamül prosesində insan mədə-bağırsaq traktı heyvan kollagenini parçalamaq üçün lazım olan bir çox fermentləri itirib. Bundan əlavə, xolodes bişirmə prosesində kollagen molekulu orqanizmin tam mənimsəyə bilmədiyi hissəciklərə parçalanır. Kollagenin birləşdirici toxumaya effektiv daxil olması və sonradan mənimsənilməsi üçün o, hidrolizə edilmiş və peptidlərə (qısa zülal zəncirlərinə çevrilmiş) olmalıdır. Bu proses ev şəraitində mümkün deyil və sənaye emalı tələb edir" , - deyə mütəxəssis bildirib.
Həkimin sözlərinə görə, dəri kollageninin yenilənməsi 3-4 ay ərzində baş verir, buna görə də hidrolizə edilmiş kollageni ac qarına ən azı üç ay müddətində qəbul etmək vacibdir.
"Yalnız belə bir yanaşma peptidlərin effektiv sorulmasını və orqanizmdə kollagen ehtiyatlarının bərpasını təmin edəcək" , - deyə ekspert əlavə edib.
O vurğulayıb ki, heyvanların sümüklərindən, qulaqlarından və quyruqlarından hazırlanan yeməklər mükəmməl zülal mənbəyi olsa da, orqanizmi lazımi miqdarda kollagenlə təmin edə bilmir. Bu məqsədə çatmaq üçün hidrolizə edilmiş kollagen əlavələrindən istifadə etmək və onların qəbulu ilə bağlı tövsiyələrə əməl etmək lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1356   Tarix: 22 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

geyim və ayaqqabılar hamilelikde qidalanma makiyaj instagram dieta qis geyimleri kabab reseptləri qız bürcü kosmetika baldiza aid hakisda nizami gencevi rəksanə qardasa aid haxistalar insan