"Xərçəng böyrək damarlarıma yayılıb"
Əməkdar artist Tünzalə Əliyeva "Bizimləsən" verilişinin virtual qonağı olub.
Open.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən "Toppuş bacı" ləqəbli aktrisa xəstəliyin yenidən qayıtdığını bildirib. O deyib ki, şiş bu dəfə böyrək damarlarında yaranıb:
"Təəssüf ki, yenidən xərçəngə yoluxmuşam. Böyrək damarlarımda törəmələr çıxıb. Yenə də ayaqüstəyəm, çalışıram yaxşı olum. İki ilə yaxın limfalarda olan şişlərdən müalicə aldım. İstənilən nəticəyə gəlib çıxdıq. Həkimdən soruşdum ki, yenə kimyaterapiya alacam? Dedi ki, hə. Məcburam...
Kimyaterapiya qəbul edə bilmirəm, orqanizmimdən asılı olan problemdir. Mənim dərmanım kimyaterapiyadır, amma qanım aşağıdır, olmur. Bir ay içində 150 iynə vurulub mənə. O qədər ağır hallar keçirirəm ki... Orqanizmim tab gətirmir. İndiki durumum yaxşı deyil".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür