Xərçəng xəstələri koronavirusdan necə qorunmalıdır? - MÜSAHİBƏ

Xərçəng xəstələri koronavirusdan necə qorunmalıdır? - MÜSAHİBƏDünyanı koronavirus infeksiyasının bürüdüyü, pandemiya elan olunduğu indiki günlərdə xərçəng xəstələrinin narahatlığı bir az da artıb. Çünki virus digər ağır xəstəlikləri olan, immuniteti zəif insanlara daha pis təsir göstərir. Bəs karantin rejimi ilə əlaqədar evdən çıxmaq imkanları məhdudlaşan xərçəng xəstələri nə etməlidir, immuniteti necə gücləndirməlidir? 
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının onkoloqu, tibb üzrə əlsəfə doktoru  Günay Əhmədovanın ATU mətbuat xidmətinə müsabibəsini təqdim edirik:
- Onkoloji xəstələr orqanizmi koronavirusdan qorumaq, immuniteti yaxşılaşdırmaq üçün nə etmək, hansı dərmanları qəbul etməlidir? 
- Mənə də yaxınlarım, pasiyentlərim tez-tez bu sualı ünvanlayırlar. Hər kəsə bildirirəm ki, mütəxəssislər COVID-19-un xəstə və immun sistemi zəif olan insanlarda daha ağır nəticələr verə biləcəyi barədə həmfikirdirlər. Ona görə də, koronavirusa qarşı  mübarizə çərçivəsində hər gün televiziya ekranlarında, KİV-lərdə sadalanan qorunma amillərini diqqətdə saxlamaqla yanaşı hamının, xüsusilə də onkoloji xəstələrin düzgün qidalanması və immun sistemini gücləndirməsi olduqca vacibdir. 
Gəlin aydınlaşdıraq: immunitet nədir? İmmunitet-hər bir canlıda xəstəliklərə qarşı qorunma mexanizmi yaradan, patogenləri və şiş hüceyrələrini tanıyıb onları yox edən, orqanizmi xarici və zərərli maddələrdən qoruyan mexanizmlərin toplamıdır. İmmun sisteminin belə bir qabiliyyəti var ki, o, geniş spektrdə viruslardan parazitlərədək orqanizmə daxil olan, yaxud orqanizmlə təmasda olan bütün yad maddələrə qarşı seçim apara bilir, həmçinin həmin yad maddələri orqanizmin sağlam hüceyrə və toxumalarından ayırd edə bilir. İnsanda immun çatışmazlığı  bir sıra  xəstəliklərin meydana gəlməsilə, həyati təhlükəli infeksiyalar  ilə nəticələnə bilər. Ona görə də, orqanizmi istənilən xəstəlikdən, o cümlədən koronavirus infeksiyasından qorumaq üçün immuniteti möhkəmləndirmək vacibdir.
Ona görə də qeyd edim ki, immuniteti gücləndirmək üçün sehrli bir dərman yoxdur.  İmmuniteti gücləndirməyin ən təhlükəsiz və düzgün yolu təbii qidalar və gündəlik qida  rasionunun  tənzimlənməsidir.  Bizim immun sistemimiz insanın qidalanmasından, orqanizmə hansı qidaların daxil olmasından çox asılıdır. Ona görə də, hər birimiz immunostimulyatorlar qəbul etmədən, məhz düzgün qidalanma vasitəsilə immun sistemini gücləndirə bilərik. 
- Elədirsə, onda onkoloji xəstələr immunitet gücləndirmək üçün ən önəmli hansı tədbirlər görülməlidir, hansı qidalar qəbul edilməlidir?
- Əgər immunitetinizi güclü saxlamaq istəyirsinizsə, siqaret çəkməyin, alkoqol qəbul etməyin; çox aşağı kalorili pəhrizlər (dietalar) saxlamayın. Mexaniki işlənmiş qidalar qəbul etməyin, hər şeyin təbii olanını qəbul edin. Mövsümə uyğun meyvə və tərəvəz, hər gün bir ovuc quru meyvə (badam, qoz, fındıq) yeyin. Hər gün bir stəkan kefir, yaxud bir kasa (150 ml) qatıq için, bir yumurta yeyin. Qırmızı ətdən az istifadə edin. İmmuniteti gücləndirən vitaminləri təbii qaynaqlardan almağa çalışın. Xüsusilə tərkibində A, B, C, E, D vitaminləri olan, çeşidli mineral tərkibli qidalar qəbul etməyə çalışın. Bundan əlavə, çoxlu su için. Yarısından çoxu su olan insan orqanizminin daha yaxşı fəaliyyət göstərməsi və immuniteti gücləndirməsi üçün gündə azı 1,5-2 litr su içməyiniz məsləhətdir.
- Bəziləri immuniteti gücləndirmək üçün vitaminlər qəbul edirlər. Bu nə dərəcədə düzgündür?
-İmmunitet üçün vacib əhəmiyyət daşıyan amillərdən biri D vitaminidir. İnsan orqanizmi virus və bakteriyaları öldürən antimikrob proteinlər sintez etmək üçün D vitamininə ehtiyac duyur. Orqanizmdə kifayət qədər D vitamini olmadıqda bədən viruslar və bakteriyalarla mübarizədə zəifləyir. Bu vitamin balıqda (xüsusilə somon balığı), yumurtada, süd məhsullarında boldur. Ən yaxşı D vitamini qaynağı isə günəşdir. Yəni, bu qidalar və günəşlə də D vitamininə olan ehtiyacı ödəmək olar.
Unutmayın ki, immuniteti güclü saxlamağın ən vacib yollarından biri düzgün yuxu rejimidir. Hər gün 6-8 saat qaranlıq otaqda, dərin yuxu rejimi immuniteti möhkəmləndirir. Araşdırmalar göstərib ki, gündəlik 7 saat yatanlara nisbətən 6 saat yatan insanlarda soyuqda xəstələnmə ehtimalı 4,2 dəfə daha yüksəkdir. 5 saat yatanlarda bu risk daha çoxdur. Yuxunuz pozulmasın deyə günün sonunda, yəni axşamlar kofeinli qidalardan uzaq durun, kofeinli içkilər qəbul etməyin. 
Hər gün heç olmazsa 20 dəqiqə bədən tərbiyəsi ilə məşğul olun. Açıq havada müntəzəm bədən tərbiyəsi həm zehni, həm də fiziki cəhətdən son dərəcə əhəmiyyətli olub, immuniteti gücləndirir. Sonra ilıq duş alın.
- Deyirlər ki, stress, depressiya kimi gərgin durumlar da insan bədənini zəiflədir. Belədirmi?
-Bəli, dünya miqyasında aparılmış tədqiqatlar stress səviyyəsi ilə immunitet arasında asılılıq olduğunu təsdiqləyib. Müşahidələrə görə, vərdiş etdikləri həyat tərzinin dəyişməsi (məktəblərin bağlanması, xarici ölkələrə səyahətlərin ləğv olunması, karantin rejiminin tətbiqi və s.) bir qisim insanlarda stresslərə yol açıb. Stress isə immuniteti zəiflədən amillərdən biridir. Buna görə də, stressdən qorunun, internetdə yayımlanan hər informasiyaya uymayın, ancaq rəsmi qaynaqlardan məlumat alın, EVDƏQAL kampaniyasına dair xəbərdarlıqları nəzərə alaraq rahatlığınızı təmin edin.
Hamımız görürük ki, Azərbaycan dövləti öz vətəndaşlarını COVID-19 pandemiyasından qorumaq üçün bir sıra vacib tədbirlər həyata keçirir. Bu halda biz vətəndaşların borcu intizamlı olmaq, özünün və ətrafındakıların sağlamlığını qorumaqla koronavirusla mübarizədə dövlətimizə yardımçı olmaqdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1163   Tarix: 18 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ürək və mədənin bədənin əks tərəfində olmasının SƏBƏBLƏRİ NƏDİR?

İnsan bədəni təbiətin mürəkkəb və bənzərsiz strukturlarından biridir. Bəzən orqanların yerləri ilə bağlı təbii bir fərqlilik meydana gələ bilər ki, buna tibbdə "situs inversus" adı verilir. Bu nadir hal, bədəni

.

Çayı belə içmək xərçəng yaradır

Səhər yuxudan oyanan kimi əlimizin uzandığı ilk şey adətən bir stəkan dəmli çay olur. Xüsusilə Azərbaycan mədəniyyətində çayın yeri ayrıdır; səhər yeməyində, qonaqlıqda, istirahətdə. Ancaq bir çoxumuz fərqinə varmadan sağlamlığımız

.

Ürək çatışmazlığının çarəsi TAPILDI

ABŞ alimləri innovativ gen terapiyası vasitəsilə ağır ürək çatışmazlığı olan donuzlarda ürəyin itirilmiş funksiyalarını bərpa etməyi bacarıblar. Yeni metod ürəyi demək olar ki, normal vəziyyətinə qaytara bilir ki, bu da oxşa

.

Ayağınızda bu izlər varsa, diqqət! - Beyinlə əlaqəsi üzə çıxdı

Varikozdan əziyyət çəkən insanlarda demans riskinin daha yüksək olduğu məlum olub. xəbər verir ki, yeni araşdırmada yarım milyon nəfərin sağlamlıq göstəriciləri öyrənilib və damar genişlənməsi (varikoz) olan şəxslərdə demensiy

.

Gələcəkdəki çəkinizi müəyyən edən məktəb vərdişləri - yeni araşdırma

"Science Direct" portalının yaydığı məlumata görə, yeniyetməlik dövründə formalaşan bəzi təhsil vərdişləri insanın gələcəkdəki bədən çəkisinə və bel ölçüsünə ciddi təsir edə bilər. Araşdırma nəyi üzə çıxardı?. Pensilvaniy

.

Qabığını limonla qaynadıb için - Bütün tıxanmış damarları açır

Xolesterini təbii üsullarla aşağı salmaq istəyənlər üçün son dövrdə ən çox yayılan metodlardan biri sarımsaq qabığı ilə limon qarışığıdır. xarici mətbuata istinadla xəbər verir ki, sarımsağın təkcə özü yox, qabığı da damarlar

.

Səhərlər bunu içən gec qocalır - Ömrü uzadır

Hollandiya alimlərinin apardığı yeni araşdırmaya görə səhərlər müntəzəm olaraq qəhvə içmək yaşlanma prosesini ləngidə, depressiya riskini isə 20 faiz azalda bilər. "European Journal of Nutrition" jurnalında dər

.

Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür

Sağlam qidalanmanın əsas elementlərindən biri olan çərəzlər həm enerji vermə xüsusiyyətləri, həm də orqanizmə göstərdikləri saysız faydalarla diqqət çəkir. Adətən fındıq, badam və Antep fıstığı ən çox istifadə olunan çərəzlə

.

1 qaşıq yeyənlər 10 il xəstələnmir - Bəhməz deyil

Tarix boyu sağlamlığın simvolu sayılan bəhməz bu gün özünə güclü bir alternativ qazanıb. Söhbət son dövlər daha çox istifadə edilən üzüm marmeladından gedir. . xəbər verir ki, dəmir, antioksidant və vitaminlərlə zəngin ola

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az gözəllik məhsulları yaz geyimleri 2025 qadin sayti hamiləlikdə uşağın cinsinin təyini qara qaragatin faydalari kabab reseptləri qara qaragat xerceng maya maskasi layla hekaye janri səməd vurğun