Xərçəngdə çəkdiyim ağrı koronavirusdakının dörddə biri belə deyildi - Dərnək rəhbəri

Xərçəngdə çəkdiyim ağrı koronavirusdakının dörddə biri belə deyildi - Dərnək rəhbəriDiyarbəkirdə yaşayan və 27 ildə 4 dəfə xərçəngə qalib gəlməyi bacaran Xərçəng Dərnəyinin 66 yaşlı rəhbəri Şükrü Abay koronavirusa yoluxduqdan sonra yaşadığı ağrıları dilə gətirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, xərçəngdə çəkdiyi ağrının yeni tip virusun yaşatdığı ağrı ilə müqayisədə dörddə biri olmadığını bildirib.
"Koronavirusdan çəkdiyim ağrını bir film olaraq seyr etsəydim, deyərdim ki, bu ağrını yaşamamaq üçün insan nəinki bir həftə və ya bir ay, bir ömür boyu evdən çıxmamağa razı olardı. Çünki dözüləsi acı deyildi", - Ş.Abay deyib.
Xərçəngdə çəkdiyim ağrı koronavirusdakının dörddə biri belə deyildi - Dərnək rəhbəriBu il koronavirusa yoluxduğunu deyən dərnək rəhbəri müalicə müddətində yaşadığı ağrını ifadə edən sözlər olmadığını deyib:
"Koronavirusun yaşatdığı acı çox dəyişikdir. Mən 4 ağır xərçəng yaşadım, illərimi aldı, amma COVID-19-un verdiyi ağrı-acı daha şiddətli idi. Bəlli deyil ki, bu və ya başqa bir dünyadasan. Nə yediyini, nə içdiyini bilmirsən. Yataqda ağrı ilə çox boğuşdum. Bu, ağrı ilə mübarizə aparmaqdan çox boğuşmaq idi. İlk 6 gün koronavirusla şiddətlə boğuşdum. Elə bilirdim ki, o biri dünyadayam. Gözümü yumanda qəribə varlıqlar, xəyallar görürdüm. Ölüm-qalım arasında idim, sümüklərim çox sızlayırdı. Odur ki, hər kəsə sosial məsafə qaydalarını gözləməyi, maskasız küçəyə çıxmamağı məsləhət görürəm".
Xərçəngdə çəkdiyim ağrı koronavirusdakının dörddə biri belə deyildi - Dərnək rəhbəriAbay xərçəngə tutulduqdan sonra həyatının çox dəyişdiyini, qidalanmasına diqqət etdiyini bildirib:
"Xərçəngdən əvvəl nə gəldi yeyirdim, stressli idim. İnsanlara qarşı aqressiv idim, təbiətlə barışmırdım. Sonra həyatım 180 dərəcə dəyişdi, dözümlü oldum, hər şeyə gözəl baxdım. Yediklərimə diqqət edirəm, cəfəri, gül kələmi, brokkoli, pomidor, kələm və xiyarı yüngülcə duzlayıram, üzərinə limon sıxıb yeyirəm".
Xərçəngdə çəkdiyim ağrı koronavirusdakının dörddə biri belə deyildi - Dərnək rəhbəriQeyd edək ki, Şükrü Abay 1993-cü ildə bağırsaq xərçənginə, 2006-cı ildə dəri, 2010-cu ildə rektum, 2016-cı ildə isə yenidən dəri xərçənginə tutulub. O, həyatının 27 ilini bu dəhşətli xəstəliklə mübarizəyə sərf edib.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2338   Tarix: 23 sentyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

turlar.az

qadin dunyasi gozel gorunmek makiyaj etmek qaydalari tarixdə iz qoyanlar sevişmə payız xəstəlikləri sağlam qida kosmetika burcler haqqinda yemek reseptleri rus dili 2ci ders xerçeng birlik haqqinda