Xərçəngdən qorunmaq bu bitkini YEYİN
Rukkola (argula) müntəzəm olaraq istehlak edilərsə, immuniteti, ürək-damar sistemini gücləndirməyə və toksinləri çıxarmağa kömək edir.
Milli.Az xəbər verir ki, bunu rusiyalı endokrinoloq Kristina Prişvina yerli KİV-ə açıqlamasında deyib.
Həkimin sözlərinə görə, bu bitkinin tərkibində olan maddələr xərçəngdən də qorunmağa kömək edir.
Endokrinoloq arugulanın faydalarını immunitet sistemi üçün vacib olan, sümüklərin vəziyyətinə faydalı təsir göstərən və qanın laxtalanmasını tənzimləyən C vitamininin yüksək olması ilə izah edib. Bundan əlavə, arugula tərkibində A vitamini var ki, bu da insanın immunitetini dəstəkləyir və görmə qabiliyyətinə faydalıdır.
Arugula vitaminlərlə yanaşı, kalium, kalsium və maqnezium kimi minerallarla da zəngindir. Bu bitki həm də antioksidan xüsusiyyətlərə malikdir, bu da onu sərbəst radikalları zərərsizləşdirməkdə təsirli edir. Arugula xroniki iltihabla mübarizədə təsirli olan qlükozinolatlardan ibarətdir.
Endokrinoloq xatırladıb ki, bir çox elmi araşdırmalara görə, qlükozinolatlar müəyyən xərçəng növlərindən qoruyur və orqanizmdə xərçəng əleyhinə fermentləri aktivləşdirir.
Bu yaşıllıq ürək-damar sistemi üçün də faydalıdır, qan təzyiqini və pis xolesterinin səviyyəsini normallaşdırır. / baku.ws
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi