Xərçəngdən qoruyan, tərlətməyən, arıqladan çaylar

Xərçəngdən qoruyan, tərlətməyən, arıqladan çaylarBitki çaylarının faydası

Bitki çaylarının insan orqanizminə faydası haqqında yəqin ki, bilməyən yoxdur. Bu çaylar bəzən ən bahalı dərmanları belə əvəz edə bilərlər. Bu çaylar insanı sakitləşdirir, stresi azaldır, arıqladır, mədə-bağırsaq, həzm sisteminin işini asanlaşdırır, soyuq havada immuniteti gücləndirir və sairə.

Əslində bitki çayları ziyansız kimi görünsə də, onlardan çox istifadə problemlərə yol aça bilər. Bunun üçün də bu çaylardan fasilələrlə və həkim məsləhəti ilə müntəzəm istifadə tövsiyyə edilir.

İstiPress bir çox problemi aradan qaldırmağa kömək edəcək bitki çayları haqqında faydalı məsləhətlər təqdim edir.

Yaşıl çay

Güclü bir antioksidandır, xərçəngdən qoruyur, xolestrolu salır, ürək xəstəliklərində faydalıdır, təzyiqi tənzimləyir, diş əti xəstəliklərindən qoruyur, metobolizmanı sürətləndirir, immuniteti gücləndirir və çəkini azaldır.

Çobanyastığı çayı

Yuxusuzluq problemlərinin qarşısını alır, revmatizm, dəri xəstəlikləri, qastrit, allergiya əlamətlərini azaldır, bağırsaqların işini asanlaşdırır, sakitləşdirir, menstruasiya ağrılarını azaldır.

Razyana çayı

Həzmsizlik, mədə ağrısı, qaz problemləri üçün əvəzsizdir.

Nanə çayı

Mədə bulanmasını aradan qaldırır. Bir stəkan nanə dəmləməsi, bir çay qaşığı bal və bir çay qaşığı limon suyu mədə bulanması, soyuqlaması zamanı qəbul edildikdə yaxşı təsir edir. Bu məhlul həm də qusmanın qarşısını alır.

Qarğıdalı saçağı

Sidikqovucu xassəyə malikdir. Bu çay həmçinin prostat iltihablarına, böyrək daşları ilə mübarizə aparır, ürək xəstəliklərindən, xroniki yorğunluqdan, yüksək təzyiqdən qoruyur.

Gicitkən otu

Tərkibində yüksək miqdarda dəmir var. Həzm sistemini tənzimləyir, orqanları təmizləyir, öskürəyi kəsir, immunitetei gücləndirir, soyuqdəymədə faydalıdır.

Ada çayı

Zərərli toksinləri bədəndən təmizləyir, beyin funksiyalarını gücləndirir, astma-bronxit əlamətlərini, tərləməni, stresi azaldır., saç ağarmasını yavaşladır, yaddaşı gücləndirir, qan şəkərini salır. Diş əti, ağız boşluğu xəstəlikləri ilə mübarizədə də güclü vasitə hesab ediir. Bu çayı həm içmək, həm də qarqara etmək olar.

Hibiskus çayı

Kafeinsiz və yüksək miqdarda C vitamini olan çay immuniteti gücləndirir, təzyiqi salır, xolestrolu tənzimləyir, mədə xərçəngindən qoruyur, qaraciyər və ürək xəstəlikləri riskini azaldır. Çay metobolizmanı sürətləndiməklə çəki itirilməsini də asanlaşdırır.

Melisa çayı

Sakitləşdiici effektə malikdir. Əsəbləri qoruyur, mədə problemlərini aradan qaldırır, tərlədir, temperaturu düşürür.

Kəklikotu çayı

Güclü antioksidan təsirə malikdir. Bu otu adi qara çaya ətirləndirici vasitə kimi də qatmaq olar. Kəklikotu boğaz ağrısını azaldır, ağız içi yaraları sağaldır, dişəti xəstəliklərini müalicə edir. Qarqara formasında da istifadə etmək olar. Bu çay mədə-bağırsaqda şişkinliyi aradan qaldırır, sakitləşdirir.

Cəfəri suyu

Dəmir çatışmazlığı olanlar üçün olduqca faydalıdır. Qrip, soyuqdəymə, xroniki prostat xəstələri üçün faydalıdır. Qandakı oksigen səviyyəsini artıraraq böyrəkləri, qaraciyəri və bağırsaqları təmizləyir.

İtburnu çayı

Qan təzyiqini tənzimləyir, revmatizm ağrılarını azaldır, xərçəng hüceyrələrinin yayılmasını yavaşladır, pis xolestrolu salır, soyuqdəymənin əlamətlərini aradan qaldırır. Tərkibində bol miqdarda C vitamini olduğu üçün immuniteti gücləndirir, dəriyə parlaqlıq verir.

Xəbərlər     Baxılıb: 2227   Tarix: 07 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ramazandan sonra necə qidalanmaq lazımdır?

Ramazan ayının başa çatması ilə orqanizmin adi qidalanma rejiminə keçidi diqqətlə tənzimlənməlidir. xəbər verir ki, mütəxəssislər bildiriblər ki, uzun müddət oruc tutduqdan sonra birdən-birə ağır və yağlı qidalara üstünlü

.

Hamiləlikdə Daun sindromu riskini azalda bilən məhsul açıqlandı

Sardina balığı hamiləliyin erkən mərhələlərində uşaqda Daun sindromu riskinin azalmasına kömək edə bilər. xəbər verir ki, bu barədə Rusiyalı mama-ginekoloq Anastasiya Semyonenko bildirib. Onun sözlərinə görə, sardina "Omeqa-3"

.

Kərə yağı xərçəngdən ölüm riskini ARTIRIR

Kərə yağının yüksək miqdarda istehlakı xərçəng və digər ağır xəstəliklərdən ölüm riskini artırır. -a istinadən xəbər verir ki, bu barədə "The Mirror" nəşri Böyük Britaniyada aparılan araşdırmaların nəticəsinə istinadə

.

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır. xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər. Dietoloqla

.

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur. -a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib. Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tun

.

Çərəz yeyərkən "tək bir şərt" var

Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər bir çox xəstəliyə qarşı qoruyucu təsiri ilə seçilir.  xəbər verir ki, çərəzlər su tərkibi aşağı, lakin protein, sağlam yağlar, lif, vitaminlər (xüsusilə E vitamini

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

.

Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı

Mədə xərçəngi dünyada geniş yayılmış, lakin çox vaxt gec mərhələdə aşkarlanan xəstəliklərdən biridir. 300-dən çox xəstənin məlumatları əsasında aparılan yeni təhlil bu xəstəliyə yoluxan insanların həyat tərzində ortaq xüsusiyyətlər

.

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Alimlərin yeni kəşfi düzgün yuxu rejimi haqqında təsəvvürləri dəyişə bilər. 23 mindən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, optimal yuxu müddəti gündə təxminən 7 saat 18 dəqiqə ola bilər

turlar.az

geyim dəbləri donlar 2026 toy makiyaji sekilleri həkim məsləhəti qadın geyim və aksessuar qalstukun baglanmasi sizanaqlara qarsi maskalar kosmetika bürclər sağlamlığın sirleri gozellik veten haqqinda bayati kondom nedir