İdman və omeqa-3 diş kökü iltihabını azalda bilər - TƏDQİQAT

İdman və omeqa-3 diş kökü iltihabını azalda bilər - TƏDQİQAT"Scientific Reports" jurnalında dərc edilən yeni tədqiqat fiziki fəaliyyət və omeqa-3 yağ turşularının birləşmiş təsirinin xroniki apikal periodontitin şiddətini əhəmiyyətli dərəcədə azalda biləcəyini ortaya qoyur.
AZƏRTAC "MedicalXpress" portalına istinadla xəbər verir ki, Braziliyanın Sao Paulo Dövlət Universitetində (FOA-UNESP) aparılan bu araşdırma immun sistemin gücləndirilməsi və iltihab reaksiyasının tənzimlənməsi baxımından bu iki faktorun sinerji təsirini vurğulayır.
Apikal periodontit, yəni diş kökünün uc hissəsində və ətraf toxumalarda baş verən iltihabi proses çox vaxt kariyesin irəliləməsi nəticəsində meydana çıxır. Müalicə olunmadıqda infeksiya kök kanalına yayılaraq sümük toxumasının dağılmasına və nəticədə diş itkisinə səbəb ola bilər. Xəstəlik, eyni zamanda, şəkərli diabet, metabolik sindrom, ateroskleroz və böyrək xəstəlikləri kimi sistemik patologiyalarla qarşılıqlı əlaqə içində inkişaf edə bilər.
Araşdırma çərçivəsində apikal periodontit induksiya edilən 30 siçovul üç qrupa ayrılıb. Birinci qrup nəzarət kimi istifadə olunaraq heç bir müdaxilə almayıb. İkinci qrup 30 gün ərzində gündəlik üzgüçülük proqramına cəlb edilib. Üçüncü qrupa isə həm üzgüçülük, həm də omeqa-3 yağ turşusu əlavəsi tətbiq olunub.
İmmunohistokimyəvi analizlər nəticəsində üzgüçülük və omeqa-3 əlavəsi qəbul edən siçovullarda iltihab göstəriciləri interleykin 17 (IL-17) və şiş nekroz faktoru alfa (TNF-α) - əhəmiyyətli dərəcədə aşağı səviyyədə müşahidə olunub. Bundan əlavə, sümük toxumasını dağıdan osteoklastların sayı da bu qrupda az olub. Mikrokompüter tomoqrafiyası nəticələri isə dişləri əhatə edən alveolyar sümük həcminin bu qrupda daha yaxşı qorunduğunu göstərib.
Tədqiqatın aparıcı müəllifi Ana Paula Fernandes Ribeiro qeyd edir ki, fiziki məşq təkbaşına belə immun cavabda müsbət dəyişikliklər yaradır. Lakin omeqa-3 ilə birləşdirildikdə, bu təsir daha da güclənir. Tədqiqatın elmi rəhbəri professor Rogerio de Castilho isə bu yanaşmanın gələcəkdə klinik praktikaya inteqrasiya olunmasının mümkünlüyünü istisna etmir.
Müəlliflər qeyd edir ki, insanlarda da eyni təsirin əldə edilib-edilməyəcəyini müəyyənləşdirmək üçün genişmiqyaslı klinik araşdırmalara ehtiyac var. Bununla belə, artıq məlum olan fizioloji faydaları nəzərə alındıqda fiziki aktivlik və omeqa-3 qəbulu ağız sağlamlığının qorunmasında da mühüm rol oynaya bilər.
Bu tədqiqat idman və omeqa-3 əlavəsinin təkcə sistemik sağlamlığa deyil, həm də oral infeksiyaların qarşısının alınmasına dair yeni sübutlar təqdim edir və bu yanaşmanın gələcəkdə diş müalicəsində tamamlayıcı terapiya kimi istifadə oluna biləcəyini göstərir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1156   Tarix: 17 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

geyim necə seçməli yay geyimləri 2026 geymler 2026 bürclər 2026 hamilə qadın nə yeməli seks hekayələri yaşıl çay kosmetika maya maskasi ariqla veten haqqinda atalar sozleri kəlamlar webnem tovuzlu