Xərçəngin əmələ gəlmə səbəbləri

Xərçəngin əmələ gəlmə səbəbləriŞiş xəstəliklərinin əmələ gəlməsində bioloji, fiziki və kimyəvi amillərin rolu vardır. Bəzi hallarda isə bu amillər kompleks şəkildə orqanizmə təsir edir. Şiş toxumasının əmələ gəlməsində müxtəlif nəzəriyyələr meydana sürülmüşdür. Bunlar aşağıdakılardır:
- dizontogenetik nəzəriyyə
- fiziki-kimyəvi nəzəriyyə
- polietioloji nəzəriyyə.
Dizontogenetik nəzəriyyə hüceyrələrin embrional inkişaf qüsurlarına əsaslanır. Bu zaman xarici mühit amilləri prosesə sürətləndirici və ya ləngidici təsir göstərir. Bəzən mütəxəssislər bu nəzəriyyəni qəbul etmirlər. Buna səbəb kimi mütəxəssislər dəridə inkişaf qüsuru kimi əmələ gələn xalı misal gətirirlər. Çünki dəridə olan adi xal insanın ömür boyu patologiya törətməyə də bilər, bəd xassəli şişə çevrilə də bilər. Çox vaxt xərçəng xəstəliyinə tutulan xəstələrin ailələrində bu xərçəngə rastgəlmə hallarının olması, bu xəstəliyin irsi yolla ötürülən patoloji hal olduğunu təsdiqləyir.
Fiziki-kimyəvi nəzəriyyə xərçəngin, qıcıqlandırıcıların təsiri nəticəsində əmələ gəlməsini qeyd edir. Müasir dövrdə çoxalan radioaktiv maddələrin, ionlaşdırıcı şüalanmanın və bəzi kimyəvi maddələrin şiş xəstəliklərinin əmələ gəlməsinə səbəb olduğu öz təsdiqini tapmışdır.
Kimyəvi kanserogen maddələr orqanizmdə xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olması dəfələrlə öz təsdiqini tapıb.
Polietioloji nəzəriyyədə xərçəngin əmələ gəlmə səbəbi kimi müxtəlif amillər ön plana çəkilir. Bu səbəblərə virus, dishormonal vəziyyət, fiziki və kimyəvi amillər və hüceyrələrin onlara qarşı həssaslığı aiddir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1378   Tarix: 05 noyabr 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

qadin dunyasi geyim dəbləri hamilelikde qidalanma vannalar yaz yay 2026 mantılar quru yeməklər kosmetika paxlava vətən haqqında atalar sözləri intim qızlıq pərdəsi həmidə