Xəşil
Ərzaqlar:
(2 nəfərlik)
1 st un
3 st qaynadılmış soyuq su
1/3 ç.q duz
Üstü üçün:
Bəhməz (doşab)
Əridilmiş kərə yağı
Şəkər tozu
Hazırlanması:
Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq.
Ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın.
Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk.
Yemək getdikcə qatılaşacaq. Qatılaşanda 3-5 dəqiqə də dayanmadan qarışdırıb götürürük.Yemək hazır olan kimi tez boşqablara töküb ortasını qaşıqla çökək formada düzəldirik.
Üstünə qaynar əridilmiş yağ, bəhməz və şəkər tozu tökürük. Bu yeməyi bəzən şəkər tozu əvəzinə bal ilə də yeyirlər.
Nuş olsun!









Hər 8 nəfərdən biri qəbul edir - Heç bir təsiri YOX İMİŞ
Kabab sevənlər oxusun
Mən o mahnı ilə Röyaya vurulmuşdum
Hamımızın içdiyi məşhur içki TƏHLÜKƏLİDİR
Könül Kərimova nəvəsi ilə - FOTO
Kəmalə Piriyeva: 'Türk seriallarına baxanda həsəd aparıram
Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR?
Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ
Qəhvənin qocalmağın qarşısını alırmış - yeni araşdırma
Anna Vintur Meqan Markla boykot elan etdi
Xalq artisti oğlunun son vəsiyyətini AÇIQLADI
"Xanımımla sevgimizi izləyicilərimizə göstərmək istəyirik
Nəsrin Cavadzadənin ailə qurduğu bəy kimdir? - TOYDAN FOTOLAR
Tofu pendiri nədir, nəyə xeyri var?
Məşhur aktyor evlənir - FOTO