Xəstə qaraciyərin SOS siqnalları

Xəstə qaraciyərin SOS siqnallarıQaraciyər xəstəlikləri çox təhlükəli hesab olunur. Çünki, onlar uzun müddət ərzində davam etdikdə, qara ciyər sirrozu yarana bilər.
Bu xəstəliyin əsas nəticəsi isə, qara ciyər hüceyrələrinin tədricən məhv olmasıdır (ölməsidir). Bu zaman qaraciyər tədricən tələf olduğü üçün, onunla birgə insan da həlak olur.
Qara ciyər xəstəlikləri adətən, uzun müddət ərzində özlərini büruzə vermir. Məlum olduğu kimi, bu və ya digər orqanda nasazlıq olmasının əsas əlaməti ağrı hesab olunur. Bir çox hallarda məhz ağrının olması, adətən bizi öz sağlamlığımız barədə düşünərək, həkimə müraciət etməyə məcbur edir. Ancaq əfsuslar olsun ki, qara ciyərdə ağrı reseptorları yoxdur. Buna görə də qara ciyərdə hər hansı bir patoloji proses baş versə  da, siz heç bir ağrı hiss etməyəcəksiniz. Ağrı yalnız, qara ciyərin böyüməsi nəticəsində, onun kapsulasının (xarici qişası) dartılması zamanı meydana çıxa bilər. Qara ciyərdən fərqli olaraq onun xarici qişasında sinir hüceyrələri mövcuddur. Buna görə sağ qabırğaaltı nahiyyədə ağrıların olması, qara ciyərin hər hansısa patoloji prosesə məruz qalmasının əlamətidir.
Bundan savayı, aşağıdakı əlamətlər də qara ciyərdə patoloji prosesin olmasını göstərə bilərlər:
- Saglamolun.az bildirir ki, əksər hallarda kəskin hepatit (viruslu və ya toksik) və qara ciyər sirrozu zamanı dərinin, skleranın (gözün ağlı qişası), dilin saralması qeyd edilir. Bəs, bu cür saralmanın səbəbi nədir? Məsələ bundadır ki, qara ciyərin normal fəaliyyəti pozulduğu halda, qanda, zülalların parçalanma məhsulu olan bilirubinin miqdarı artmağa başlayır ki, bu da dərinin, skleranın və selikli qişaların saralmasına səbəb olur.
- Oynaqlarda və əzələlərdə ağrılar, dəridə qaşınma, göynəmə, səpgilərin olması, əl və ayaq barmaqlarında dırnaqların formasının dəyişməsi və rənginin tüntləşməsi kimi əlamətlərin olması, qara ciyərin pis işləməsi nəticəsində orqanizmdə baş verən intoksikasiyanın (zəhərlənmənin) olmasını göstərir;
- Qara ciyərin bir çox xəstəlikləri üçün iştahasızlıq, qıcqırma, ürəkbulanma, bəzən qusma, qarının köpməsi, yağlı qidaların qəbuluna dözümsüzlük əlamətləri də xarakterik hesab olunur.
- Qara ciyər, qandan toksinlərin və və zəhərlərin xaric etməsi kimi vəzifəsini normal şəkildə icra edə bilmədikdə, bu maddələrin bir hissəsi qanda qalaraq beyinə də çatır. Məhz buna görə, qara ciyər xəstəliyinin tez-tez təsadüf edilən əsas əlamətlərindən biri də, sinir-psixi pozğunluqlar hesab olunur. Xəstədə baş ağrısı, başda ağırlıq, başgicəllənmə, emosiyalarda dözümsüzlük, həddindən artıq olan inciklik, hər şeydən şübhələnmək, əsassız olan qəzəblənmə kimi əlamətlər meydana çıxır. Buna görə sizdə bu əlamətlər baş versə, sadəcə olaraq sakitləşdirici dərmanlar qəbul etməkdənsə, qara ciyəri yoxlamq daha yaxşı olar.
Əlbətdə ki, sadalanan əlamətlər digər xəstəliklərə də xas ola bilərlər. İctənilən halda tez bir zamanda qastroenteroloqa müraciət edərək öz şübhələriniz barədə ona məlumat vermək lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1023   Tarix: 12 sentyabr 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qaşların formalari geymler 2026 yemek reseptleri makaronlar içkilər ədəbiyyat testləri sağlamlığa aid atalar sözləri kosmetika xanım az kahfe kali atalar sözləri buga burcu bayatılarımızda vətən həsrəti