Xəstəlik Allahın yer üzərində şallağıdır

Xəstəlik Allahın yer üzərində şallağıdırKəffarə (günahların bağışlanması):
Peyğəmbər (s): "Xəstəlik günahları məhv edir".
Peyğəmbər (s): "Allah hər kəsin bədənini bir bəlaya salarsa, həmin bəla onun günahlarının silinməsinə vasitə olar".
Peyğəmbər (s): "Göydən yağan yağış göyün üzünü saflaşdırıb təmizlədiyi kimi, xəstə də sağalanda, o cür günahlardan təmizlənər".

Tərbiyələndirmə:
Peyğəmbər (s): "Xəstəlik Allahın yer üzərində "şallağı"dır. Onunla bəndələrini tərbiyələndirir".
İmam Baqir (ə): "Bədən xəstələnməsə, tuğyan edər. Tuğyan edən bədəndə də xeyir yoxdur".
İmam Sadiq (ə) xəstələndiyi zaman belə dua edərdi: "Allahım! Bunu mənim üçün tərbiyə vasitəsi qərar ver, qəzəb (nişanəsi) yox".

Kəramət və ehtiram:
Peyğəmbər (s): "Xəstəliklər Allahın bəndəyə verdiyi hədiyyələrdir. Allahın ən sevimli bəndəsi ən çox hədiyyə qazanan şəxslərdir".
İmam Baqir (ə) və imam Sadiq (ə): "Xəstəlik və ya hər hansı bir dərdə görə bir gecəni oyaq qalmaq bir ilin ibadətindən daha üstündür və savabı var".

Sağlam vaxtı etdiyin əməllərin savabı
Peyğəmbər (s): "Hər kəs xəstələnsə və ya səfər etsə, öz vətənində və sağlam halda edəcəyi əməllərin savabı qədər savabı var".
Peyğəmbər (s): "Bir müsəlman xəstələndikdə Allah mələklərinə əmr edər: Bu bəndə üçün sağlam vaxt etdiyi əməllərin ən yaxşısının savabını yazın!"
İmam Kazım (ə): Mömin bəndə xəstələndikdə Allah onun sol çiynindəki mələyə vəhy edər ki, "Bəndəm mənim həbsimdə olduğu müddətdə onun üçün heç bir günah əməlini yazma". Sağ çiynindəki mələyə də vəhy edər ki, "Bəndəm üçün sağlam vaxtı yazdığın yaxşı əməlləri indi də yaz".

Xəstəliyin savabına aid hədislərin təhlili
Bəzi hədislərdə xəstəlikdə heç bir savabın olmadığı zikr olunur. Məs, Əlidən (ə) nəql olunur ki, buyurub: "Xəstəliyin savabı yoxdur. Amma o günahları yarpaq tökülən kimi tökür..." Deməli, xəstəliyin özündə o biri insani əməllərdə olduğu kimi, savab yoxdur. İmam Əlinin (ə) fikirincə, mömin xəstələndiyinə səbr edib yalvaranda, dua edəndə savab qazanar. Səbir etmək və dua insanın əməli olduğu üçün onlara görə dərəcələr artırılar, savab yazılar. Xəstəlikdə heç bir savabın olmadığını bildirən hədislərdə xəstəliyin özü nəzərdə tutulur, nəinki xəstənin əməl və niyyəti. Xəstə üçün savab yazıldığını, dərəcələrinin artıldığını göstərən hədislər isə onun səbirinin, müqavimətinin və niyyətinin savabına işarə edir.

Xəstələri vəzifələri
Peyğəmbər (s): "Müsibətləri, xəstəlikləri və sədəqəni gizlətmək ən böyük yaxşılıqdır".
Peyğəmbər (s): "Allah-təala buyurur: "Bəndəm şikayətlənsə və öz xəstəliyini üç gündən qabaq izhar etsə, deməli, məndən şikayət edib".
İmam Əli (ə): "Hər kəs ona yetişən xəstəliyi üç gün gizlədib yalnız Allaha şikayət etsə, Allahın boynunda haqqı var ki, ona xəstəliyindən şəfa versin".
İmam Əli (ə): "Yoxsulluğu və xəstəlikləri gizlətmək mürüvvətdəndir".
İmam Əli (ə): "Mənim qabaqlar Allaha xatir qardaşlıq etdiyim bir şəxs vardı. Onu mənim gözümdə böyüdən dünyanın onun gözündə kiçik olması, xəstəliklərdən ancaq sağalandan sonra şikayət etməsiydi".

Xəstəliyi həkim yanında izhar etmək
İmam Əli (ə): "Hər kəs öz xəstəliyini həkimdən gizlətsə, bədəninə xəyanət etmişdir".

Dözümlülük
Peyğəmbər (s): "Xəstənin iztirabları yazılar. Əgər səbr edən olsa, savab yazılar. Əks təqdirdə heç bir savabı olmayan səbirsizlik yazılar".
Peyğəmbər (s): "Hər kəs gecə və gündüz xəstələnsə və onu yoluxmağa gələnlərə şikayət etməsə, Allah onu Qiyamət günü dostu İbrahim Xəlilur-Rəhmanla (ə) bir yerdə qərar verər və körpünü parıltılı şimşək kimi keçər".
İmam Sadiqdən (ə) şikayətin həddi haqqında soruşulduqda buyurdu: "Kim desə ki, bu gün çox əziyyət çəkdim, gecəni əziyyətlə oyaq qaldım və hətta doğru desə belə, bu şikayət deyil". Şikayət odur ki, deyə: "Mən bir dərdə giriftar olmuşam ki, heç kəs o dərdə giriftar olmayıb. Mənə yetişən dərd heç kəsə yetişməyib. Gecəni əziyyətlə oyaq qaldım, gündüz əziyyət çəkdim və bu kimi sözlər danışmaq isə şikayət deyil".

Sədəqə vermək
Peyğəmbər (s): "Heç bir xəstə sədəqə verməkdən üstün olan bir yolla müalicə olunmayıb".
Peyğəmbər (s): "Xəstələrinizi sədəqə verməklə müalicə edin. O, sizdən xəstəliyi və bəlaları uzaqlaşdırar".
İmam Sadiq (ə): "Xəstə üçün bəyənilən haldır ki, öz əliylə dilənçiyə sədəqə versin və onadan dua etməsini istəsin".

Dua etmək
İmam Əli (ə): "Mən xəstələndim. Peyğəmbər (s) məni yoxlamağa gəldi və dedi: "De! Allahım! Sənin tez şəfa verməyini, bəlalarına səbr etməyimi və Sənin rəhmətinə şamil olmağımı istəyirəm". Mən bu duanı oxudum və ayağa durdum, sanki düyündən açıldım".

Ailə və Uşaq     Baxılıb: 4744   Tarix: 09 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

donlar 2026 yaz geyimleri 2026 makiyaj etmek qaydalari prezervativ masaj şirniyyat resepti elm haqqinda atalar sozu kosmetika kokelmek sağlamlıq cinsi əlaqə itburnu novruz bayramina aid hakista